“Məncə, hücumda oyunumuz çox yaxşı alındı. Çoxlu qol epizodları yaradırdıq. Heyif ki, birinci hissədə fürsətlərimizi elə də dəyərləndirə bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Onların da bizə yenidən qol vurmağa şansları var idi. Amma biz yaxşı mübarizə apardıq, yaxşı oyun göstərdik. Ona görə də qələbəyə layiq idik”.
QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan (3:2) sonra jurnalistlərə açıqlamasında deyib.
O, penalti zərbəsini dəqiq yerinə yetirməklə millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun rekordunu yeniləyib. 32 yaşlı futbolçu bu haqda belə deyib: “Buna çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Qol vurmağıma çox kömək edirlər. 27 yaşım olanda gözləmirdim ki, bu saya çata bilərəm, çünki çox da oynamırdım. Sonra qollar daim gəlirdi. Şükür Allaha ki, bu rekorda çatdım. Gələcəkdə çalışacağam ki, komadaya qollarla kömək edim ki, qələbələrimiz də daha çox olsun.
E. Mahmudov “Oyundan sonra Qurban Qurbanov səni təbrik etdimi?” sualına belə cavab verib: “Yox, təbrik etməyib (gülür). Qurban müəllimlə münasibətim yaxşıdır. Bilmirəm, təbrik edər, ya etməz. Hələki onun rekordunu qırmamışam. Amma buna sevinərəm”.
Yarımmüdafiəçi “Millidəki uğurların sənə “Neftçi”də də uğur gətirə bilərmi?” sualına deyib: “İnşallah, “Neftçi”də də yaxşı işlər olar. Yaxşı komanda qura bilsək, təkcə mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn il daha yaxşı olarıq. Çünki bu il çox bərbad idik. Oyunçular olaraq, ümumi klub olaraq. İnşallah, gələn mövsüm daha yaxşı çıxış etməliyik”.
E. Mahmudov Albaniya millisinə qarşı məğlubiyyətdən də söz açıb: “Albaniya millisinə qarşı da fürsətlərimiz çox idi, sadəcə yararlana bilmirdik. Amma onlar hər şeydə daha üstündür. Açığı desək, bizdən də, Qazaxıstan millisindən də yaxşıdırlar, çünki Avro 2024-ə gedirlər. Sadəcə çalışmalıyıq ki, vurduğumuz qolları çoxaldaq. Bu gün də belə idi, biz vura bilməyəndə, bizə vururdular. Yenə tez buraxdıq, ikinci qolu da öz səhvimizdən buraxdıq. Bunların hamısını düzəltmək lazımdır”.
Ramiq Ağaməmmədov
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu