Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu

Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
PREMYER LİQA 26 May 2024 / 21:25 12433
-  A +

Bu gün Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub.

QOL.az xəbər verir ki, 36-cı turun son günündə 2 matç keçirilib Əvvəlcə Qərb derbisi oynanılıb. "Turan Tovuz"  "Kəpəz"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Digər matçda 9-cu yerdəki "Araz-Naxçıvan" mövsümün qalibi "Qarabağ"la qarşılaşıb və 2:2 hesablı bərabərə qalıb.  Görüşdən sonra "Qarabağ"a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 2-cisi "Zirə" olub. "Sabah" 3-cü, "Sumqayıt" isə 4-cü yeri tutub. Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

26 may (bazar)

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”  - 2:2

Qol: Elvis Maşike, 4 (1:0), Olavio Juninyo, 27 (1:1), Vadim Abdullayev, 32-avtoqol (1:2), Abdulla Rzayev, 58 (2:2)
“Azersun Arena”

Reallaşdırılmayan penalti: "Qarabağ"ın futbolçusu Diakabi 74-cü dəqiqədə penaıtini düzgün yerinə yetirə bilməyib.

17:00. “Turan Tovuz” – “Kəpəz” -  1:0 

Qol: Otto Con, 74
Tovuz şəhər stadionu

Reallaşdırılmayan penalti: "Turan Tovuz, 25-qapıçı

25 may (şənbə)

“Zirə” – “Səbail” - 1:0 

“Neftçi” – “Sabah” - 0:1

“Sumqayıt” – “Qəbələ” - 1:0 

N Klublar O Q H M T-F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 20 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

Daha çox


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı