"Borussiya" Çempionlar Liqasında finala yüksəldi

"Borussiya" Çempionlar Liqasında finala yüksəldi
ÇEMPİONLAR LİQASI 8 May 2024 / 00:52 9241
-  A +

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

QOL.az xəbər verir ki, yarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Almaniya təmsilçisi 1-ci matçda olduğu kimi 2-ci görüşdə də 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.

7 may

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsinin cavab oyunu

23:00 PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya) - 0:1

Qol: Hummels, 50
İlk oyun 0:1

8 may

23:00."Real" (İspaniya) - "Bavariya" (Almaniya)

İlk oyun - 2:2


Son xəbərlər