Adrian Mutu ÇFR-də 70 gün işlədi

Adrian Mutu ÇFR-də 70 gün işlədi
XƏBƏR 3 Aprel 2024 / 22:12 5456
-  A +

Adrian Mutu ÇFR-in baş məşqçisi vəzifəsindən istefa verib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, mütəxəssis dünən komandanın Rumıniya kubokunda CFR-in "Korvinul Hunedoara"ya 0:4 hesablı məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun istefa ərizəsi bu gün qəbul olunub.

Qeyd edək ki, "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu bu il yanvarın 24-də  ÇFR-ə baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 11 oyunun 5-də qələbə qazanıb, 3-də heç-heçə edib, 3-də isə məğlub olub.

Daha çox


Son xəbərlər