Xəbər verdiyimiz kimi, bu ilin martında FİFA ilk dəfə olaraq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində oyunlar keçirəcək.
Yarışlar 4 ölkədə təşkil olunacaq. Bunlar Əlcəzair, Səudiyyə Ərəbistanı, Şri-Lanka və Azərbaycandır. FİFA Seriyasında ümumən 20 komanda iştirak edəcək. Yarış iştirakçıları müxtəlif qitələrin ölkələrini təmsil edirlər ki, bu yarıektozik siyahı ilə yazının sonunda tanış ola bilərsiniz. Amma bəri başdan onu qeyd edək ki, "turnirdə" Avropadan cəmi 3 komanda olacaq. Biri Bolqarıstan, biri Andorra, o biri də bəli, biz.
İndi turnir sözünü niyə dirnaqda yazmağımıza toxunaq. Çünki bu matçları turnir deyil, test xarakterli yarış adlandırsaq daha doğru olar. Məsələn, FİFA-nın təsdiq etdiyi təqvimə əsasən, Bakıda 4 komandanın (Azərbaycan, Bolqarıstan, Tanzaniya və Monqolustan) iştirakı ilə keçiriləcək yarışda hər komanda 3 deyil, 2 oyun keçirəcək. Azərbaycan millisi Monqolustan və Bolqarıstanla qarşılaşacaq. Bakıdakı oyunların 22 mart - 25 mart aralığında keçirilməsi nəzərdə tutulur.
Seriyanın qalibi isə olmayacaq.
Qeyd etmək yerinə düşər ki, FİFA Seriyası heç də bütün ölkələrdən və futbol mütəxəssislərindən dəstək qazanmayıb. Qurumun 210 üzvü var və onlardan yalnız 20-si bu yarışda iştirak edəcək. Maraqlıdır ki, hətta "turnir"ə ev sahibliyi edəcək ölkələrdən Səudiyyə Ərəbistanı özü belə iştirakçılar arasında yoxdur. Bizdən fərqli olaraq, ərəblər belə eksperimentin iştiakçısı olmaq istəməyiblər.
FİFA Seriyasına sönük münasibəti başa düşmək çətin deyil. Əvvəla Seriyanın məqsədi qeyri-müəyyəndir. Qalibə nə çatacaq, o, bu turnirdən nə qazanacaq? Hələ bunlar bir kənara, daha da önəmlisi bu oyunlar daxili çempionatlar (Avropada) finiş xəttinə yaxınlaşdığı günlərə təsadüf edir.
Bu mənada, avrokuboklar uğrunda mübarizə aparan "Qarabağ", "Sumqayıt", "Neftçi", "Zirə", "Sabah", "Turan Tovuz", "Araz Naxçıvan" hansı məntiqlə belə bir vacib dövrdə futbolçularını əhəmiyyətsiz yarışa göndərməlidir? Gedib zədələnsələr, FİFA-nın və bu qurumun direktoru Elxan Məmmədovun bizim klublara verəcəyi cavab nə olacaq?
Düzdür, ehtimal var ki, həmin "turnirə" milliyə müntəzəm çağırılmayan futbolçular dəvət edilə bilər. Lakin indi məsələ heç bu da deyil.
Odur ki...
FİFA-nın yaydığı açıqlamada bildirilib ki, bu təşəbbüs müxtəlif ölkələrin assosiasiyalarına digər qitələrin komandaları ilə daha müntəzəm oynamağa imkan verəcək və bu, onların inkişafına kömək etməlidir.
İndi gəlin, əyri oturub, düz danışaq... Məsələn, hazırda FİFA reytinqində 190-cı pillədə olan Monqolustanla oyun Azərbaycan millisinə hansı faydanı verə bilər? Yaxud 119-cu pillədə lövbər salan Tanzaniyanın bura gəlişi ilə 10 milyon insanımızın hamısı futbolla yaşamağa başlayacaq? İndi AFFA-nın rəhbərliyi Monqolustan, Tanzaniya kimi geridalmış komandaları Bakıya gətirir ki, ölkədə futbola "maraq" yaratsın, onu "inkişaf" etdirsin.
Əslində bu oyunlar milli komandaları həqiqətən inkişafa aparırsa, o zaman sual yaranır: niyə UEFA üzvü olan 55 ölkədən cəmi 3 federasiya - bu əhəmiyyətsiz turnirdə iştiraka razılıq verib? Bizi orda oynamağa kim vadar edir? FİFA-da direktor vəzifəsi tutan Elxan Məmmədovun bu məsələdə rolu nə qədərdir?
Suallar cavabını gözləsin, yazını isə yuxarıda qeyd etdiyimiz həmin o siyahı ilə yekunlaşdıraq.
Beləliklə, FİFA Seriyasında kimlər iştirak edir və onların son dünya reytinqi necədir?
Əlcəzairdəki FİFA Seriyası: Əlcəzair (44), Andorra (164), Boliviya (86), Cənubi Afrika Respublika (58)
Azərbaycandakı FİFA Seriyası: Azərbaycan (113), Bolqarıstan (83), Monqolustan (190), Tanzaniya (119)
Suədiyyə Ərəbistanındakı FİFA Seriyası (A): Kabo-Verde (65), Kamboca (179), Ekvatorial Qvineya (79), Qayana (157)
Suədiyyə Ərəbistanındakı FİFA Seriyası (B): Bermud adaları (171), Bruney (194), Qvineya (76), Vanuatu (170)
Şri-Lankadakı FİFA Seriyası: Butan (184), Mərkəzi Afrika Respublikası (129), Papua — Yeni Qvineya (165), Şri-Lanka (204).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı