Oyundan əvvəl Qurban Qurbanovla görüş keçirildi

Oyundan əvvəl Qurban Qurbanovla görüş keçirildi
XƏBƏR 22 Fevral 2024 / 15:15 4160
-  A +

"Qarabağ"ın prezidenti Tahir Gözel bu gün klubun bazasını ziyarət edib.

QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilib. Tahir Gözel “Qarabağ” - “Braqa” oyunu öncəsi baş məşqçimiz Qurban Qurbanovla görüşüb. O, bu axşam baş tutacaq oyunda komandasına uğurlar arzulayıb.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" matçı bu gün yerli vaxtla saat 21:45-də başlanacaq. Bu komandaların Portuqaliyadakı ilk görüşündə Azərbaycan çempionu 4:2 hesabı ilə qələbə qazanıb.


Son xəbərlər
topaz banner