"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan (1:1, ilk oyun - 3:2) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis ümumi hesabda rəqibi üstələyərək yarımfinala adlamaqlarını şərh edib:
“Oyuna yaxşı başladıq. Bir neçə yaxşı qol epizodumuz oldu. Eyni zamanda "Sumqayıt" da yaxşı oynayırdı. Onlara qibtə etmək üçün səbəblər var. VAR görüntüsü ilə bağlı bir neçə vəziyyət oldu. Bəlkə də, bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci hissə də azarkeşlər üçün maraqlı, bizim üçün isə bir az əsəbi keçdi. Çünki başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan "Forza Neftçi" azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi dəstək göstərdilər".
O, futbolçusu Lukas Melanoya oyun şansı verməməsi haqqında danışıb: "Melano çoxdandır ki, zədəlidir. Fiziki durumunu bərpa edir".
Baş məşqçi hücumda kifayət qədər effektiv olmayan Brayan Moreno və Yeqor Boqomolskinin yerinə əvəzedici heyətdə hər görüşdə qol vuran Ağadadaş Salyanskiyə şans verməməsinin səbəbini belə izah edib: "Ağadadaş bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik".
M.Bojoviç mərhələ adlamaqlarına baxmayaraq, komandasının oyunundan tam razı qalmadığını bildirib: "Kubok elədir ki, cəmi 1-2 oyununuz olur. Əsas olan mərhələ adlamaqdır. Heç vaxt oynadığımız oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyərdim. Biz layiqli şəkildə qələbə qazandıq. Oyuna diqqətli baxanlar gördü ki, oyunda qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi".
Mütəxəssis yarımfinalda "Qarabağ"a qarşı keçirəcəkləri oyunlara da toxunub: "Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu "Araz-Naxçıvan"la oynayacağıq. "Qarabağ"la oyuna iki ay vaxt var".
O, sonda "Oyunda qeyri-müəyyənliyin olduğunu dediniz. Bu, hakimliklə bağlıdır" sualını cavablandırıb: "Oyuna diqqətlə baxmısınızsa, məncə, bu artıq aydındır. Bu barədə mən danışmamalıyam".
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi