Çempionlar Liqası: "Tottenhem"lə "Şalke 04" də 1/4 finalda! (YENİLƏNİB)

Çempionlar Liqası: "Tottenhem"lə "Şalke 04" də 1/4 finalda! (YENİLƏNİB)
DÜNYA FUTBOLU 10 Mart 2011 / 01:37 5193
-  A +

Martın 9-da Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, İngiltərənin "Tottenhem" klubu öz meydanında "Milan"ı qəbul edib. 

Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Tottenhem" bu görüşdə qapısının toxunulmazlığını qoruya bilib. "Milan"ın heç olmasa, bir qol vurmaq istəyi reallaşmayıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Beləliklə, "Tottenhem" 1/4 finala vəsiqə qazanmaqla tarixi uğura imza atıb. 

Günün digər qarşılaşması Almaniyada baş tutub. "Şalke 04" İspaniyanın "Valensiya" klubunu qəbul edib. İlk matçda 1:1-lik heç-heçə qeydə alınması bu oyuna olan marağı daha da artırırdı. Bundesliqada işləri heç də yaxşı getməyən "Şalke 04" Çempionlar Liqasında uğurlu çıxışını davam etdirib. Oyunun əvvəllərində hesabda geri düşən meydan sahibləri tezliklə özünə gələrək, 3 qol vurub. Bununla da "Şalke 04" 3:1 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Martın 8-də keçirilmiş ilk 2 cavab görüşü isə Ukrayna "Şaxtyor"u və İspaniya "Barselona"sı üçün uğurlu alınıb. Hər iki komanda meydançanı 3 qolla tərk edib. Öz meydanında "Roma"nı qəbul edən "Şaxtyor" 3:0 hesabı ilə inamlı qələbə qazanaraq adını 1/4 finala yazdırıb. "Şaxtyor"un qollarına isə Tomas Hübşman, 18 (1:0), Villian, 58 (2:0) və Eduardo, 87 (3:0) imza atıb. "Roma" isə hər 2 görüşdə rəqibinə məğlub olaraq mübarizəni erkən dayandırıb. 

"Barselona" da "Arsenal"ın qapısından 3 top keçirib. Lakin Lionel Messinin 45-ci dəqiqədəki qolundan sonra "Arsenal" ikinci hissənin əvvəllərində bərabərlik qolunu vurub. Bununla belə, Robin van Persinin 56-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydançadan qovulması "Barsa"nın işinə yarayıb. Say üstünlüyündən layiqincə istifadə edən "Barselona" 69-cu dəqiqədə Xavi Ernandes, 71-ci dəqiqədə isə Lionel Messinin penaltidən vurduğu qollarla 3:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, ilk görüşdə 1:2 hesabı ilə məğlub olmuş "Barselona" cavab matçında 3:1 hesablı üstünlüklə mərhələ adlayıb.

Beləliklə, 1/4 finala yüksələn 4 komanda "Barselona", "Şaxtyor", "Tottenhem" və "Şalke 04" 4 ölkəni - İspaniya, Ukrayna, İngiltərə və Almaniyanı təmsil edir. İtaliyanın isə iki klubu - "Roma" və "Milan" mübarizəni dayandırıb. İndi bu ölkənin ümidi yalnız "İnter"ə qalıb. Növbəti mərhələyə vəsiqə qazanacaq daha 4 klubun adına gələn həftə aydınlıq gələcək.


9 mart

23:45. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) - 0:0

"Tottenhem":
1. Eurelio Qomes, 22. Vedran Çorluka, 20. Maykl Douson, 14. Uilyam Qallas, 32. Benua Assu-Ekotto, 7. Aaron Lennon, 30. Ranyeri Gimaraeş Kordeyro Sandro, 14. Luka Modriç, 40. Stiven Pinar (8. Cermeyn Cenas, 71), 11. Rafael van der Vart (3. Qaret Beyl, 66), 15. Piter Krauç (9. Roman Pavlyuçenko, 83)

"Milan": 32. Kristian Abbyati, 20. İqnasio Abate, 13. Alessandro Nesta, 33. Tiaqo Silva, 18. Marek Yankulovski (77. Luka Antonini, 70), 10. Klarens Zeedorf, 27. Kevin-Prins Boatenq (52. Aleksandr Merkel, 76), 16. Matyö Flamini (14. Rodni Ştrasser, 87), 70. Robinyo, 7. Alexandre Pato, 11. Zlatan İbrahimoviç

İlk oyun - 1:0

23:45. "Şalke 04" (Almaniya) - "Valensiya" (İspaniya) - 3:1
Qol:
Rikardu Koşta, 17 (0:1). Cefferson Farfan, 40 (1:1). Mario Qavranoviç, 52 (2:1). Cefferson Farfan, 90 (3:1)

"Şalke 04": 1. Manuel Noyer, 22. Atsudo Uçida, 4. Benedikt Hövedes, 21. Kristof Metselder, 3. Serjio Eskudero, 12. Peer Kluge (2. Hans Sarpey, 82), 32. Joel Matip (14. Kiriakos Papadopulos, 60), 18. Xose Manuel Xurado (31. Yulian Draksler, 76), 17. Cefferson Farfan, 7. Raul, 19. Mario Qavranoviç

"Valensiya": 13. Visente Quayta, 2. Bruno Saltor, 20. Rikardu Koşta, 4. David Navarro, 22. Ceremi Matyö, 5. Mehmet Topal, 21. Ever Baneqa (24. Tino Koşta, 71), 7. Xoakin, 19. Pablo Ernandes (9. Roberto Soldado, 64), 10. Xuan Mata, 11. Arits Adurits (16. Jonas, 74)

İlk oyun - 1:1



15 mart

"Bavariya" (Almaniya) - "İnter" (İtaliya)
İlk oyun - 1:0

"Mançester Yunayted" (İngiltərə) - "Marsel" (Fransa)
İlk oyun: - 0:0


16 mart


"Çelsi" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 2:0

"Real Madrid" (İspaniya) - "Lion" (Fransa)
İlk oyun - 1:1


8 mart

23:45. "Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) - 3:0
Qollar:
Tomas Hübşman, 18 (1:0), Villian, 58 (2:0). Eduardo, 87 (3:0)
Qırmızı vərəqə: Filip Mekses, 41 ("Roma)
Penaltini vura bilməyib: Marko Borryello, 28 ("Roma")

"Şaxtyor": 30. Andrey Pyatov, 33. Dario Srna, 27. Dmitri Çiqrinski, 44. Yaroslav Rakitski, 26. Razvan Rats, 22. Henrik Mxitaryan (29. Aleks Teyşeyra, 67), 3. Tomas Hübşman, 20. Duqlas Kosta (11. Eduardo, 60), 8. Jadson, 10. Villian, 9. Luis Adriano (99. Marselo Moreno, 75)

"Roma": 32. Doni, 29. Nikolas Burdisso, 4. Juan, 5. Filip Mekses, 17. Con-Arne Riise, 11. Rodriqo Taddei (87. Aleandro Rosi, 46), 16. Daniele De Rossi, 7. David Pizarro, 20. Simone Perrotta (47. Canluka Kaprari, 86), 9. Mirko Vuçiniç (33. Matteo Brigi, 66), 22. Marko Borryello.
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun - 3:2

23:45. "Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1
Qollar:
Lionel Messi, 45 (1:0), Serxio Buskets, 53-avtoqol (1:1), Xavi Ernandes, 69 (2:1). Lionel Messi, 71-penalti ilə (3:1)
Qırmızı vərəqə: Robin van Persi, 56 ("Arsenal")

"Barselona": 1. Viktor Valdes, 2. Daniel Alveş, 22. Erik Abidal, 16. Serxio Buskets, 21. Adriano (19. Maksvell, 90), 6. Xavi Ernandes, 14. Xavyer Maskerano (15. Seydu Keyta, 89), 8. Andres İnyesta, 17. Pedro Rodriges, 10. Lionel Messi, 7. David Vilya

"Arsenal": 53. Voytsex Şesnı (1. Manuel Almuniya, 19), 3. Bakari Sanya, 20. Yohan Curu, 6. Loren Kostselnı, 22. Qael Klişi, 19. Cek Uilşir, 2. Abu Diabi, 8. Samir Nəsri, 4. Sesk Fabreqas (52. Niklas Bendtner, 78), 7. Tomaş Rositski (23. Andrey Arşavin, 74), 10. Robin van Persi.  
Baş hakim: Massimo Buzakka (İsveçrə)
İlk oyun - 1:2.



Son xəbərlər