"Deportivo" da qalib gəldi (YENİLƏNİB)

"Deportivo" da qalib gəldi (YENİLƏNİB)
DÜNYA FUTBOLU 8 Mart 2011 / 02:09 3643
-  A +

İspaniya La Liqasının daha bir turu "Deportivo" - "Real Sosyedad" matçı ilə arxada qalıb. Qol.Az-ın məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.  

"Barselona" və "Real Madrid" də növbəti qələbələrini qazanıblar. Kataloniya komandası bu dəfə "Saraqosa"ya minimal hesabla qalib gəlib. "Real Madrid" isə səfərdə "Rasinq"in qapısından 3 top keçirib. Lakin bu qolların heç birini çempionatın iki ən yaxşı bombardiri - Lionel Messi və Kriştianu Ronaldu vurmayıb. Messi 90 dəqiqə meydançada olsa da, Ronaldu zədə üzündən "kral klubu"na kömək edə bilməyib. Əvəzində "Real Madrid"in heyətində Kərim Benzema iki, Emmanuel Adebayor bir qol vurub. Adebayorun "dubl" etməsinə isə yerinə yetirdiyi penaltinin rəqib qapıçı tərəfindən qaytarılması səbəb olub. "Barsa"nın yeganə qoluna isə Seydu Keyta imza atıb.   

Yüksək yerlər uğrunda mübarizə aparan daha iki klubdan "Valensiya" səfərdə "Malyorka"nı yendiyi halda, "Vilyarreal" "Atletiko"ya uduzub.

İspaniya çempionatı, 27-ci tur

5 mart

"Malyorka" - "Valensiya" - 1:2 
Qollar:
İvan Ramis, 31-pen. - Pablo, 33; 56

"Barselona" - "Saraqosa" - 1:0
Qollar:
 Seydu Keyta, 43

"Atletiko" - "Vilyarreal" - 3:1
Qollar:
Xose Antonio Reyes, 5. Serxio Aquero, 68. Dieqo Forlan, 72 - Cuzeppe Rossi, 34

6 mart

"Malaqa" - "Osasuna" - 0:1
Qol: Serxio, 90

"Levante" - "Espanyol" - 1:0
Qol: Felipe Kaysedo, 27

"Erkules" - "Almeriya" - 1:2
Qollar:
Abraham Pas, 50 - Sofian Fequli, 70. Modest MBami, 73 

"Sportinq" - "Xetafe" - 2:0
Qollar:
De las Kuevas, 32. Andre Kastru, 41
Qırmızı vərəqə: Alberto Lora, 85 ("Sportinq")

"Atletik" - "Sevilya" - 2:0
Qollar:
Federiko Fasio, 66-avt. Andoni İraolo, 88-pen.

"Rasinq" - "Real Madrid" - 1:3
Qollar:
Kennedi Bakirçioğlu, 70 - Emmanuel Adebayor, 23. Kərim Benzema, 27; 75
Penaltini vura bilməyiblər: Pablo Pinilyos, 53 - Emmanuel Adebayor, 85  

7 mart

"Deportivo" - "Real Sosyedad" - 2:1
Qollar:
Riki, 41. Adrian, 57 - İmanol Agirretxe, 65


Komandalar O Q H M T X
1. Barselona 27 24 2 1 78-13 74
2. Real Madrid 27 21 4 2 65-20 67
3. Valensiya 27 16 6 5 42-28 54
4. Vilyarreal 27 15 5 7 46-29 50
5. Atletik 27 13 2 12 42-38 41
6. Espanyol 27 13 1 13 35-39 40
7. Sevilya 27 11 5 11 41-42 38
8. Atletiko 27 11 5 11 39-35 38
9. Real Sosyedad 27 11 2 14 38-44 35
10. Malyorka 27 10 4 13 28-37 34
11. Xetafe 27 9 6 12 36-41 33
12. Deportivo 27 7 10 10 23-36 31
13. Levante 27 9 4 14 28-38 31
14. Rasinq 27 7 9 11 25-39 30
15. Osasuna 27 7 8 12 27-32 29
16. Sportinq 27 6 10 11 25-34 28
17. Saraqosa 27 6 9 12 24-39 27
18. Erkules 27 7 5 15 25-41 26
19. Almeriya 27 5 10 12 28-45 25
20. Malaqa 27 6 5 16 34-59 23

Bombardirlər: Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real") - 27 top.

Son xəbərlər