"Çelsi"dən asan qələbə (YENİLƏNİB)

"Çelsi"dən asan qələbə (YENİLƏNİB)
DÜNYA FUTBOLU 8 Mart 2011 / 01:55 3610
-  A +

İngiltərə Premyer Liqasında növbəti tura "Blekpul" - "Çelsi" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, "zadəganlar" debütantla səfər matçında ciddi müqavimətlə üzləşməyiblər.

Con Terri ilk yarıda hesabı açıb. Fasilədən sonra Frenk Lempard 4 dəqiqə ərzində "dubl" edib. "Blekpul" yalnız son dəqiqələrdə təsəlli qolunu vura bilib. Bu qələbə sayəsində "Çelsi" 4-cü pillədə qalsa da, çempionluq iddialarını saxlayıb.

"Mançester Yunayted" daha bir əzəli rəqibinə uduzub. "Liverpul"un qonağı olan "qırmızı şeytanlar" qapılarından 3 top buraxıblar.  
Meydan sahiblərinin heyətində Dirk Kuyt "het-trik" edib. Qonaqlar təsəlli qolunu ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə vurublar. Daha öncə "Çelsi"yə 1:2 hesabı ilə uduzmuş "Mançester Yunayted" liderliyini əldən vermə təhlükəsi ilə üzləşib.

Lakin ikinci pillədəki "Arsenal" da qələbə qazana bilməyib. "Topçular" Londonda "Sanderlend"lə qolsuz "sülh"ə razılaşıb. Əvəzində "Mançester Siti" autsayder "Uiqan"ı minimal hesabla məğlub edərək, 3-cü pillədəki mövqeyini möhkəmlədib.  

İngiltərə çempionatı, 29-cu tur

5 mart

"Birmingem" - "Vest Bromviç" - 1:3
Qollar:
Jan Bosejur, 48 - Yussuf Mulumbu, 47. Ceyms Morrison, 58. Paul Şarner, 72

"Nyukasl" - "Everton" - 1:2
Qollar:
Leon Best, 23 - Leon Osman, 31. Fil Cagielka, 36 

"Vest Hem" - "Stok Siti" - 3:0
Qollar:
Demba Ba, 21. Manuel Da Koşta, 29. Tomas Hitslşperger, 83

"Fulhem" - "Blekbern" - 3:2
Qollar:
Damyen Daff, 37; 59. Bobbi Zamora, 89-pen. - Qrant Heynli, 45. David Hoylett, 65 

"Bolton" - "Aston Villa" - 3:2
Qollar:
Qari Kehill, 45; 75. İvan Klasniç, 86 - Darren Bent, 15. Mark Albrayton, 64 
Penaltini vura bilməyib:
Eşli Yanq, 70 ("Aston Villa") 

"Arsenal" - "Sanderlend" - 0:0

"Mançester Siti" - "Uiqan" - 1:0
Qol:
David Silva, 38

6 mart

"Liverpul" - "Mançester Yunayted" - 3:1
Qollar:
Dirk Kuyt, 34; 39; 65 - Xavyer Ernandes, 90+2

"Vulverhempton" - "Tottenhem" - 3:3
Qollar:
Metyu Cervis, 20. Kevin Doyl, 40-pen. Stiven Fletçer, 87 - Cermeyn Defo, 30; 35. Roman Pavlyuçenko, 48

7 mart

"Blekpul" - "Çelsi" - 1:3
Qollar: Ceyson Pançon, 86 - Con Terri, 20. Frenk Lempard, 63-pen.; 66  


Komandalar O Q H M T X
1. Mançester Yunayted 29 17 9 3 63-30 60
2. Arsenal 28 17 6 5 57-27 57
3. Mançester Siti 29 15 8 6 45-25 53
4. Çelsi 28 15 6 7 51-24 51
5. Tottenhem 28 13 9 6 41-34 48
6. Liverpul 29 12 6 11 39-36 42
7. Bolton 29 10 10 9 42-40 40
8. Sanderlend 29 9 11 9 33-35 38
9. Nyukasl 29 9 9 11 44-41 36
10. Everton 28 8 12 8 37-37 36
11. Fulhem 29 7 14 8 32-31 35
12. Stok Siti 29 10 4 15 32-38 34
13. Aston Villa 29 8 9 12 37-50 33
14. Blekbern 29 9 5 15 37-49 32
15. Blekpul 29 9 5 15 43-58 32
16. Vest Bromviç 29 8 8 13 39-54 32
17. Vest Hem 29 7 10 12 36-49 31
18. Birmingem 27 6 12 9 26-38 30
19. Vulverhempton 29 8 5 16 34-49 29
20. Uiqan 29 5 12 12 27-50 27

Bombardir: Dimitar Berbatov ("Mançester Yunayted") - 19 top.

Son xəbərlər