Joze Mourinyoya bıçaqla hücum cəhdi

Joze Mourinyoya bıçaqla hücum cəhdi
DÜNYA FUTBOLU 5 Mart 2011 / 06:03 3033
-  A +

Naməlum şəxs "Real Madrid" klubunun baş məşqçisi Joze Mourinyoya hücum etmək istəyib. Qol.Az-ın "El Periodico" qəzetinə istinadən xəbərinə görə, insident fevralın 26-da İspaniyanın La Korunya şəhər hava limanında baş verib.

Həmin gün "kral klubu" "Deportivo" ilə oyuna yollanırmış. Mourinyo avtoqraflar payladığı vaxt cangüdəni naməlum şəxsi saxlamağa cəhd edib və bıçaq zərbəsini özünə qəbul edib. Avtobusda mühafizəçi bədənində 4 sm dərinliyində yara aşkarlayıb. Mourinyo isə insidentdən yalnız martın 4-də xəbər tutub. O, özünü narahat hiss edib. 

Hava limanında izləmə kamerası bütün insidenti qeydə alıb. Lakin bəd niyyətli şəxsi tutmaq mümkün olmayıb.  

Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi