Azərbaycanın qadınlardan ibarət yığması Millətlər Liqasında qrup qalibi oldu

Azərbaycanın qadınlardan ibarət yığması Millətlər Liqasında qrup qalibi oldu
ÖLKƏ FUTBOLU 1 Dekabr 2023 / 23:00 5690
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, C Liqasında mübarizə aparan Siyasət Əsgərovun komandası səfərdə Kipr yığması ilə qarşılaşıb. Limassol şəhərində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 9-cu dəqiqədə Diana Məmmədova vurub.

Bununla da xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9:0 hesabı ilə məğlub edib.

Kipr - Azərbaycan - 0:1

Qol: Diana Məmmədova, 9

Xallar: Azərbaycan - 13, Monteneqro - 9, Kipr - 7, Farer adaları - 0.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner