Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Nəticədə hər iki komanda xallarının sayını 7-yə çatdırıb. İndi H qrupunda "Qarabağ" 2-ci, "Molde" isə 3-cüdür. "Qarabağ" bugünkü heç-heçə ilə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
İlk turda Bakıda keçirilən "Qarabağ" - "Molde" matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Növbəti turda "Qarabağ" "Hekken"lə, "Molde" isə "Bayer"lə qarşılaşacaq.
H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edib və 0:2 hesabı ilə uduzub.
30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 2:2
Qollar: Olavio Juninyo, 11 (0:1), Kristian Eriksen, 83 (1:1), 88 (2:1), Bəhlul Mustafazadə, 90+5 (2:2)
Baş hakim: Erik Lambrexts (Belçika)
Norveç. Molde stadionu
00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya) - 0:2
Qollar: Viktor Bonifeys, 14 (0:1), Patrik Şik, 74 (0:2)
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Bayer | 5 | 5 | 0 | 0 | 14-2 | 15 |
2 | Qarabağ | 5 | 2 | 1 | 2 | 5-8 | 7 |
3 | Molde | 5 | 2 | 1 | 2 | 11-7 | 7 |
4 | Hekken | 5 | 0 | 0 | 5 | 2-15 | 0 |
"İnter"dən ani qərar
Superliqada mövsümün ilk baş məşqçi istefası
Azərbaycanın iki güləşçisi dünya üçüncüsü oldu
"Qarabağ"ın futbolçusu "Şamaxı"ya keçdi
Rahid Əmirquliyev klub rəhbəri oldu
"Tottenhem" kapitanı ilə müqaviləni uzatdı
Elçin Məsiyev də pley-off oyununa təyinat aldı
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin
"Sumqayıt"ın futbolçusu Premyer Liqada debüt etdi
Tahir Gözel Budapeştə gedib
"İnter"dən "Çelsi"yə rədd cavabı
"Qarabağ" Macarıstanda - Şəkillər
PSJ-nin yeni qırmızı formaları - Şəkillər
"Tottenhem"də yeni müqavilə