UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Ferensvaroş” - “Qarabağ” görüşünə böyük maraq var.
QOL.az xəbər verir ki, bu gün axşam Budapeştdəki “Groupama Arena”nın tam dolacağı gözlənilir. Stadionun 23 min 700 azarkeş tutumu var. Bu, Ferens Puşkas stadionundan sonra Macarıstanın ikinci ən böyük arenasıdır.
Bu gün “Ferensvaroş”la yanaşı “Qarabağ” da dəstəksiz qalmayacaq. Ağdam klubunun mətbuat xidmətindən QOL.az-a bildirilib ki, bu gün səhərə olan məlumata əsasən, “Qarabağ” azarkeşlərinin olacağı sektora artıq 400 bilet satılıb. Bu say matçın başlamasına qədər daha da arta bilər.
Xatırladaq ki, “Ferensvaroş” - “Qarabağ” oyunu bu gün yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) başlanacaq. Cavab matçı avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"