0:7 hesabı ilə uduzan komanda baş məşqçisini dəyişdirdi

0:7 hesabı ilə uduzan komanda baş məşqçisini dəyişdirdi
DÜNYA FUTBOLU 1 Mart 2011 / 01:38 2595
-  A +

İtaliyanın "Palermo" klubunda baş məşqçi dəyişikliyi baş verib. Qol.Az-ın məlumatına görƏ, A seriyasının 27-ci turunda öz meydançasında "Udineze"yə 0:7 hesablı məğlubiyyətdən sonra "Palermo"nun baş məşqçisi Delio Rossi istefa verib.

Rəhbərlik 2009-cu ilin noyabrından klubda çalışan Rossinin istefasını qəbul edib. Yeni baş məşqçi isə Serse Kosmi təyin olunub. Əvvəllər Kosmi "Peruca", "Cenoa", "Udineze", "Breşiya" və "Livorno"da çalışıb. 

Qeyd edək ki, hazırda "Palermo" 27 oyundan 40 xalla 8-ci yeri tutur.  

Son xəbərlər