Eşli Koul həmklubunu güllələdi

Eşli Koul həmklubunu güllələdi
DÜNYA FUTBOLU 27 Fevral 2011 / 22:40 3146
-  A +

İngiltərə milli komandasının və "Çelsi"nin futbolçusu Eşli Koulun əlindən xəta çıxıb. Qol.Az-ın "The News of the World"a istinadən xəbərinə görə, müdafiəçi klubda təcrübə keçən tələbə Tom Koueni pnevmatik tüfənglə yaralayıb. 

Koul "Çelsi"nin bazasında tüfənglə oynadıqdan sonra onu paltardəyişmə otağına gətirib. Lakin o, silahın atışa hazır vəziyyətdə olduğunu bilməyib. Futbolçu 21 yaşlı Koueni yan tərəfdən yaralayıb. Klubun həkimləri zərərçəkənə yerindəcə yardım ediblər və onu xəstəxanaya yerləşdirməyə ehtiyac qalmayıb. 

Qeyd edək ki, atəşin açıldığı silah üçün Böyük Britaniyada lisenziya tələb olunmur. "Çelsi" rəhbərliyi baş verənlərə şərhdən imtina edib. Polis isə insidenti araşdırmaq niyyətindədir.    

Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi