"Beşiktaş" özünə gəldi (YENİLƏNİB)

"Beşiktaş" özünə gəldi (YENİLƏNİB)
DÜNYA FUTBOLU 1 Mart 2011 / 00:43 4412
-  A +

Türkiyə Superliqasının növbəti turuna fevralın 28-də keçirilmiş "Antalyaspor" - "Beşiktaş" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, Avropa Liqası ilə yenicə vidalaşan "qara qartallar" görüşü qələbə ilə başa vurublar.

Bununla da baş məşqçi Bernd Şuster istefa təhlükəsindən sığortalanıb və komandasının əhvalı özünə gəlib. "Ağ-qaralar" turu 6-cı pillədə tamamlayıblar.

Fevralın 27-də 3 oyun keçirilib. Günün mərkəzi görüşü "Trabzonspor"la "Kayserispor" komandaları arasında baş tutub. 

Qarşılaşma məhsuldar alınsa da, qələbə qazanan olmayıb. Bununla da "Trabzonspor" turu eyni xala malik olduğu "Fənərbaxça"dan sonra ikinci pillədə başa vurub. 

"Sivasspor" "Manisaspor"u yenərək, autsayderlər "trio"sundan aralansa da, "Konyaspor" "Karabükspor"la matçda bunu bacarmayıb.  

Fevralın 26-da daha 4 görüş baş tutub. "Ankaragücü" ilə "Gənclərbirliyi" arasında keçirilmiş paytaxt derbisində nominal qonaqlar qələbə qazanıblar. Bu matçda Ümit Özat baş məşqçi qismində "Ankaragücü"nü sonuncu dəfə oyuna hazırlayıb. Lakin o, tapşırıqlarını cəzası ilə əlaqədar meydança kənarından yox, tribunadan verib. Özat həftə içi verdiyi açıqlamada "Gənclərbirliyi" ilə görüşdən sonra postunu tərk edəcəyini bildirmişdi. Artıq onu Məsut Bakkal əvəzləyib.

"Qalatasaray" bu mövsüm 11-ci məğlubiyyətini səfərdə "İstanbul BB"dən alıb. Bələdiyyə komandası tarixində ilk dəfə "Cim-Bom"u yenib. "Sarı-qırmızılar"ın bu məğlubiyyəti azarkeşlərin kəskin etirazı ilə qarşılanıb. Fanatlar "İstanbul BB"nin 3-cü qolundan sonra "Formanızı çıxarın, rədd olub gedin" deyə qışqırıblar. Onlar hələ oyun yekunlaşmamış meydançanı tərk ediblər. 

Hazırda "Qarabağ"da çıxış edən Rəşad Sadıqovun sabiq klubu "Eskişehirspor" səfərdə "Qaziantep"spor"a 1:2 hesabı ilə uduzub. "Fənərbaxça" isə öz meydançasında autsayder "Kasımpaşa"nın qapısından 2 cavabsız top keçirib. Bu qələbə sayəsində və "Trabzonspor"un xal itirməsindən sonra "sarı-lacivərdlilər" əlabə göstəricilər sayəsində 1-ci turdan sonra ilk dəfə liderliyə yüksəliblər. Bu, baş məşqçi Aykut Kocaman və onun komandasının ardıcıl 7-ci qələbəsi olub. "Fənərbaxça"nın hücumçusu Aleks de Souza isə qollarının sayını 17-yə çıxararaq, bombardirlər siyahısında liderliyini möhkəmlədib. 

23-cü tura fevralın 25-də keçirilmiş "Bucaspor" - "Bursaspor" matçı ilə start verilib. Ötən 2 turu xal itkiləri ilə başa vuran ölkə çempionları bu dəfə qələbəyə nail olublar - 2:0. Bununla da "Bursaspor" çempionluq iddialarını davam etdirib.

Türkiyə çempionatı, 23-cü tur

25 fevral

22:00. "Bucaspor" - "Bursaspor" - 0:2
Qollar:
Pablo Batalla, 46. Kenni Miller, 76

26 fevral

16:00. "Ankaragücü" - "Gənclərbirliyi" - 2:4
Qollar:
Metin Akan, 67. Orhan Şam, 75-avt. - Oktay Delibalta, 47. Mustafa Pektemek, 59. Orhan Şam, 78. Serkan Çalık, 85 

18:00. "İstanbul BB" - "Qalatasaray" - 3:1
Qollar:
Samuel Holmen, 61. İbrahim Akın, 66; 76-pen. - Milan Baroş, 32

19:00. "Qaziantepspor" - "Eskişehirspor" - 2:1
Qollar:
Cenk Tosun, 3; 37 - Ümit Karan, 87
 
21:00. "Fənərbaxça" - "Kasımpaşa" - 2:0
Qollar:
Aleks de Souza, 32. İssiar Dia, 55
Penaltini vura bilməyib: Fernando Varela, 43 (Kasımpaşa) 

27 fevral 

16:00. "Karabükspor" - "Konyaspor" - 2:1
Qollar:
Florin Çernat, 18-pen. Hosin Ragued, 45 - Kamil Zayatte, 5  

19:00. "Sivasspor" - "Manisaspor" - 4:2
Qollar:
Kamil Qrosiçki, 5-pen.; 60; 64. Mikael Eneramo, 89 - Yoşua Simpson, 53. Hüseyin Tok, 75 

21:00. "Trabzonspor" - "Kayserispor" - 3:3
Qollar:
Jaja, 2. Burak Yılmaz, 54. Arkadiuş Qlovaçki, 88 - Abdullah Durak, 21; 56. Emir Kujoviç, 82


28 fevral

22:00. "Antalyaspor" - "Beşiktaş" - 0:2
Qollar:
Əkrəm Dağ, 56. Quti, 79
Qırmızı vərəqə: Necip Uysal, 90 ("Beşiktaş")

Komandalar O Q H M T X
1. Fənərbaxça 23 16 3 4 54-24 51
2. Trabzonspor 23 15 6 2 49-19 51
3. Bursaspor 23 14 6 3 40-18 48
4. Kayserispor 23 12 7 4 32-20 43
5. Qaziantepspor 23 11 7 5 26-18 40
6. Beşiktaş 23 10 5 8 36-27 35
7. İstanbul BB 23 10 3 10 30-25 33
8. Eskişehirspor 23 8 8 7 25-25 32
9. Karabükspor 23 9 5 9 37-38 32
10. Qalatasaray 23 10 2 11 26-29 32
11. Manisaspor 23 10 1 12 37-38 31
12. Gənclərbirliyi 23 7 6 10 25-35 27
13. Ankaragücü 23 6 7 10 31-41 25
14. Antalyaspor 23 6 7 10 21-32 25
15. Sivasspor 23 4 7 12 26-43 19
16. Bucaspor 23 4 6 13 17-34 18
17. Konyaspor 23 3 7 13 20-35 16
18. Kasımpaşa 23 3 5 15 20-51 14

Bombardir: Aleks de Souza ("Fənərbaxça") - 17 qol. 

Son xəbərlər