Rusiya millisinin qapıçılarla işləyən məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Bayer”ə qarşı oyununu (1:5) şərh edib.
QOL.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis “Qarabağ”la “Bayer” arasında səviyyə fərqinin çox böyük olduğunu söyləyib. Onun fikrincə, beş qol buraxmaq əlbəttə, çox olsa da, bunda Andreyin günahı yoxdur:.
"Yalnız beşinci qol haqda nəsə söyləmək olar. Bu isə oyunun gedişatına təsir etmədi. Baxmayaraq ki, Andrey orada daha yaxşı oynaya bilərdi” - deyə məşqçi bildirib.
Andrey Lunyovun meneceri Anton Smirnov da "Qarabağ" və qapıçının çıxışışı dəyərləndirib: "Yalnız 5-ci qol barədə nəsə demək olar. Bu matçla bağlı şərh vermək çətindir. Hər iki komanda arasındakı fərq yerlə göy qədərdir. Ümid edirəm ki, Bakıda daha layiqli oyun olacaq.
Andreyə gəlincə, dərinə getsək, o, topu küncə və ya uzağa vura bilərdi. Lakin müdafiəçilər harada idi, bəlli deyil. Digər epizodlarda, çıxışlarda o qüsursuz idi. Amma hesab belə böyük olandan sonra buna fikir verən kimdir? Belə oyunlar da olur. Bununla bağlı heç nə etmək olmaz. Oyundan düzgün nəticə çıxaranlar irəliləyir və güclənirlər. Yalnız Andrey yaxşı görünürdü, amma futbol komanda oyunudur.
Andreyə və komandaya sağ ol düşür ki, tam pərakəndəlik yaratmadılar və hər an mübarizə apardılar. Bu o deməkdir ki, komandanın xarakteri var.
Rəqib futbolçulardan Virts və Qrimaldo hazırkı "Bayer"in "mühərrik"ləridirlər. Həm onlar, həm də bütün "Bayer" əla formadadırlar".
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi