İspaniya La Liqasının 24-cü turuna fevralın 21-də keçirilmiş "Real Sosyedad" - "Malyorka" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, oyunun taleyini bir qol həll edib.
"Real Sosyedad" minimal hesablı qələbə sayəsində 8-ci pilləyə yüksəlib.
Fevralın 20-də isə "Nou Kamp" stadionunda "Atletik"lə keçirdiyi görüş "Barselona"nın baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Qvardiola Kataloniya komandasının baş məşqçisi kimi 100-cü oyununa çıxıb.
Əvvəlki 99 oyunda "Barsa" 78 qələbə, 14 heç-heçə, 7 məğlubiyyət alıb. Bu isə Qvardiolaya 100 matçda qazanılan qələbə sayında La Liqa rekordu əldə etmək imkanı verib. Baş məşqçi bu faktı belə şərh edib: "Bütün bu rəqəmlər yalnız tarix üçün vacibdir. Lakin deyə bilərəm ki, "Barselona" kimi komandaya rəhbərlik etməsəydim, belə göstəricilərə nail ola bilməyəcəkdim. Bu, birmənalıdır".
"Barselona" bu matça ciddi itki ilə çıxıb. Qapıçı Viktor Valdes dizindəki problem üzündən oynamayıb. Amma "Barsa" xal itkisinə yol verməyib. Qələbə topunu vuran Lionel Messi bombardirlər siyahısında Kriştianu Ronaldunu keçib.
İspaniya çempionatı, 24-cü tur19 fevral
"Valensiya" - "Sportinq" - 0:0"Real Madrid" - "Levante" - 2:0
Qollar: Kərim Benzema, 6. Rikardu Karvalyu, 41
"Saraqosa" - "Atletiko" - 0:1
Qol: Serxio Aquero, 66
20 fevral
20:00. "Osasuna" - "Espanyol" - 4:0
Qollar: Cavad Nekunam, 14; 55-pen. Manuel Lolo, 80. Fernando Soryano, 88
20:00. "Almeriya" - "Deportivo" - 1:1
Qollar: Pablo Piatti, 48 - Daniel Aranzubia, 90
20:00. "Vilyarreal" - "Malaqa" - 1:1
Qollar: Marko Ruben, 36 - Sebastyan Fernandes, 82
20:00. "Xetafe" - "Rasinq" - 0:1
Qol: Pablo Pinilyos, 88-pen.
Qırmızı vərəqə: İvan Markano, 87 ("Xetafe")
"Sevilya" - "Erkules" - 1:0
Qol: İvan Rakitiç, 21
"Barselona" - "Atletik" - 2:1
Qollar: David Vilya, 4. Lionel Messi, 78 - Andoni İraola, 50
21 fevral
"Real Sosyedad" - "Malyorka" - 1:0
Qol: Raul Tamudo, 55
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
| 1. |
Barselona |
24 |
21 |
2 |
1 |
73-13 |
65 |
| 2. |
Real Madrid |
24 |
19 |
3 |
2 |
55-19 |
60 |
| 3. |
Valensiya |
24 |
14 |
6 |
4 |
38-25 |
48 |
| 4. |
Vilyarreal |
24 |
14 |
4 |
6 |
42-24 |
46 |
| 5. |
Atletik |
24 |
12 |
2 |
10 |
38-34 |
38 |
| 6. |
Espanyol |
24 |
12 |
1 |
11 |
30-35 |
37 |
| 7. |
Sevilya |
24 |
10 |
4 |
10 |
36-38 |
34 |
| 8. |
Real Sosyedad |
24 |
11 |
1 |
12 |
35-37 |
34 |
| 9. |
Atletiko |
24 |
10 |
3 |
11 |
33-31 |
33 |
| 10. |
Xetafe |
24 |
9 |
4 |
11 |
35-38 |
31 |
| 11. |
Malyorka |
24 |
9 |
4 |
11 |
25-31 |
31 |
| 12. |
Rasinq |
24 |
7 |
7 |
10 |
21-33 |
28 |
| 13. |
Deportivo |
24 |
6 |
8 |
10 |
21-35 |
26 |
| 14. |
Osasuna |
24 |
6 |
7 |
11 |
25-30 |
25 |
| 15. |
Erkules |
24 |
7 |
4 |
13 |
24-38 |
25 |
| 16. |
Sportinq |
24 |
5 |
9 |
10 |
23-31 |
24 |
| 17. |
Levante |
24 |
7 |
3 |
14 |
24-36 |
24 |
| 18. |
Saraqosa |
24 |
5 |
8 |
11 |
22-37 |
23 |
| 19. |
Almeriya |
24 |
4 |
9 |
11 |
24-40 |
21 |
| 20. |
Malaqa |
24 |
5 |
5 |
14 |
31-50 |
20 |
Bombardirlər: Lionel Messi ("Barselona") - 25, Kriştianu Ronaldu ("Real") - 24 top.