Bu gün Avroliqanın 1/16 final mərhələsinin növbəti oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu axşam ümumilikdə 15 qarşılaşma baş tutub.
Bu mərhələnin ilk oyunu isə 2 gün əvvəl keçirilib. Yunanıstanda keçirilən "Aris" -"Mançester Siti" oyunundan qol səsi gəlməyib.
Bu günün ilk matçına isə Rusiyada start verilib. Lakin havanın hədsiz dərəcədə soyuq olması ilə əlaqədar olaraq "Rubin" Hollandiyanın “Tvente” klubunu Kazanda deyil, Moskvanın "Lujniki" stadionunda qəbul edib. UEFA-nın qərarı ilə matç Bakı vaxtilə saat 16:00-da başlayıb. Lakin görüş ruslar üçün uğursuz alınıb. Rəqibinə 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq "Tvente" rəhbərliyi UEFA-ya rəsmi müraciət ünvanlayıblar.
Buna səbəb kimi isə matçın olduqca şaxtalı bir havada keçirilməsi göstərilib. "Tvente" rəhbərliyi oyunun nəticəsindən daha çox futbolçuların sağlamlığnı düşündüklərini və buna görə də oyunçuların zədələnmə təhlükəsinin yüksək olduğu bir havada matçın keçirilməməsinin vacib olduğunu qeyd ediblər.
Günün ikinci qarşılaşması Ukraynanın "Metallist" və Almaniyanın "Bayer" komandaları arasında olub. Bu oyun da Xarkovdakı əlverişsiz hava şəraiti üzündən daha erkən saatlarda keçirilib. Qrup mərhələsində sensasiyaya imza atmış "Metallist" "Bayer" qarşısında tam aciz vəziyyətə düşüb. Almaniya komandası səfərdə 4:0 hesabı ilə qalib gələrək fevralın 24-də keçiriləcək cavab matçını formal oyuna çevirib.
Azərbaycan futbolsevərlərinin əsas diqqəti isəTürkiyənin avrokuboklarda yeganə təmsilçisi olan "Beşiktaş"a yönəlib. Qış fasiləsində heyətini ulduz futbolçularla gücləndirən "ağ-qaralar" Kiyev "Dinamo"sunu sınağa çəkib. Lakin "qartallar" "İnönü" stadionunda böyük üzüntü yaşayıblar. "Dinamo" 4:1 hesabı ilə qalib gələrək, 1/8 final mərhələsini böyük ölçüdə təmin edib. Bu matçda "Beşiktaş"ın portuqaliyalı ulduzlarına böyük ümidlər bəslənilsə də, onlardan biri - Rikardu Kuarejma komandasının yeganə topunu vurmaqdan əlavə, 90-cı dəqiqədə qırmızı vərəqə alıb.
Nəhayət, günün son 7 matçından 3-ü Rusiya klublarının iştirakı ilə keçirilib. MOİK və "Spartak" qələbə qazandıqları halda, "Zenit" minimal fərqlə məğlubiyyətə düçar olub. Onlar ilk oyunlarını səfərdə keçirdiklərindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir.
17 fevral
1/8 final mərhələsi
16:00. “Rubin” (Rusiya) – “Tvente” (Hollandiya) - 0:2
Qollar: Lük de Yonq, 77 (0:1); Peter Visqerhof, 88 (0:2)
20:00. “Metallist” (Ukrayna) – “Bayer” (Almaniya) - 0:4
Qollar: Eren Derdiyok, 22 (0:1); Qonsalo Kastro, 72 (0:2); Sidney Sam, 90 (0:3); Sidney Sam, 90 (0:4)
22:00. “Napoli” (İtaliya) – “Vilyarreal” (İspaniya) - 0:0
Qırmızı vərəqə: Salvatore Aronika, 90 ("Napoli")
22:00. “Anderlext” (Belçika) – “Ayaks” (Hollandiya) - 0:3
Qollar: Tobi Alderveyreld, 32 (0:1); Kristian Eriksen, 59 (0:2); Munir Əl-Hamdaui, 67 (0:3)
Penaltini vura bilməyib: Martsin Vasilevski, 55 ("Anderlext")
22:00. “Lex” (Polşa) – “Braqa” (Portuqaliya) - 1:0
Qol: Artyoms Rudnevs, 72 (1:0)
22:00. “Beşiktaş” (Türkiyə) – “Dinamo” (Ukrayna) - 1:4
Qollar: Oqnyen Vukoyeviç, 27 (0:1); Rikardu Kuarejma, 37 (1:1); Andrey Şevçenko, 50 (1:2); Ayila Yussuf, 56 (1:3), Oleq Qusev, 90-pen. (1:4)
Qırmızı vərəqə: Rikardu Kuarejma, 90 ("Beşiktaş")
22:00. “Benfika” (Portuqaliya) – “Ştutqart” (Almaniya) - 2:1
Qollar: Martin Harnik, 21 (0:1); Oskar Kardozo, 70 (1:1); Franko Yara, 81 (2:1)
22:00. BATE (Belarus) – PSJ (Fransa) - 2:2
Qollar: Renan Bressan, 16 (1:0); Mevlüt Erdinç, 30 (1:1); Mixail Qordeyçuk, 81 (2:1); Pequy Luyindula, 89 (2:2)
00:05. "Reyncers" (Şotlandiya) - "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Stiven Uittaker, 66 (1:0); Matias Fernandes, 89 (1:1)
00:05. “Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə) - 0:0
00:05. “Bazel” (İsveçrə) – “Spartak” (Rusiya) - 2:3
Qollar: Aleksandr Fray, 36 (1:0); Marko Ştreller, 41 (2:0); Dmitri Kombarov, 61 (2:1); Artyom Dzyuba, 70 (2:2); Jano Ananidze, 90 (2:3)
Qırmızı vərəqə: Xerdan Şakiri, 78 ("Bazel")
00:05. “Yanq Boyz” (İsveçrə) – “Zenit” (Rusiya) - 2:1
Qollar: Nikolas Lamberts, 20 (0:1); Senad Luliç, 46 (1:1); Emmanuel Mayuka, 90 (2:1)
Qırmızı vərəqə: Vladimir Bıstrov, 69 ("Zenit")
00:05. PAOK (Yunanıstan) – MOİK (Rusiya) - 0:1
Qol: Tomas Netsid, 29 (0:1)
00:05. “Sevilya” (İspaniya) – “Porto” (Portuqaliya) - 1:2
Qollar: Rolando, 58 (0:1); Frederik Kanute, 65 (1:1); Freddi Quarin, 85 (1:2)
00:05. “Lill” (Fransa) – PSV (Hollandiya) - 2:2
Qollar: İdrissa Qana Queye, 6 (1:0); Tulio de Melo, 31 (2:0); Vilfred Bouma, 83 (2:1); Ola Toyvonen, 84 (2:2)
Cavab görüşləri fevralın 22-də və 24-də olacaq.
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video