"Olimpiya"nın (Sloveniya) baş məşqçisi Joao Enrike Avropa Liqasının pley-off mərhələsində bu gün Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu haqqında danışıb.
Qol.az Sloveniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Azərbaycana qələbə üçün gəldiklərini deyib:
"Azərbaycana qələbə üçün gəlmişik. Hələ heç nə başa çatmayıb. Sadəcə ilk oyun geridə qalıb. Daha çox qol buraxmamağa və rəqibə qol vurmağa çalışmaq vacibdir. Sona qədər açıq oynamalı və irəli getməliyik".
Enrike "Qarabağ"ın avrokuboklarda təcrübəli oluğunu vurğulayıb. O bunu da qeyd edib ki, ilk matçda Ağdam təmsilçisi ilə rəqabət apara biləcəklərini göstəriblər.
O bildirib ki, qələbə qazanmaq həmişə komandasının əsas hədəfi olub: "Rəqib hesabda 2:0 öndədir. Cavab matçında vacib olan qol buraxmamaq və rəqib qapısına çoxlu yol tapmaqdır. Biz sona qədər açıq oyun oynamalı və daim irəlidə olmağa çalışmalıyıq".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" görüşü saat 20:00-da başlayacaq. Lyublyanadakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu