Estoniya millisinin baş məşqçisi Tomas Heberli Avro-2024-ün seçmə mərhələsində səfərdə Azərbaycanla oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, mətbuat konfransında bunları bildirib.
- Heç-heçədən razısız?
- İkinci hissəyə baxsaq, yaxşı qurtardıq. Amma ilk yarıya baxsaq, daha yaxşı nəticə əldə edə bilərdik. Ümumilikdə qarşılıqlı hücumlar oldu.
- Sizcə, ikinci hissə niyə çətin oldu?
- Rəqib hesabda geridə idi, nəsə etmək istəyirdilər. Azərbaycanın ikinci hissədə qapımıza daha çox gələcəyini gözləyirdik. Rəqib yaxşı komandadır. Ümumi götürəndə ilk hissədəki oyunumuzdan razı qaldım. Şanslarımızdan yararlana bilmədik.
- İki hücumçu ilə başlamışdınız, amma sonradan bir hücumçuya keçdiniz. Niyə?
- Belə qərar vermişdik ki, iki hücumçu ilə başlayaq, sonradan belə keçid edək. Səfərdə oynayırdıq. Buna görə də sonradan dəyişikliyə getdik.
- Əvəzetmələrin hamısından niyə istifadə etmədiniz? Nəticədən razı idiniz?
- Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Azərbaycan millisi ikinci hissədə yaxşı mübarizə apardı. Biz ağıllı oynamalıydıq. Ağıllı dəyişiklik etmək istəyiridik ki, oyuna təsir etməsin. Futbolçular çox qaçdılar, mübarizə apardılar.
- Bakıdan bir xalla ayrıldığınız üçün qapıçınıza təşəkkür etməlisiniz? Sizi məğlubiyyətdən xilas etdi...
- Əlbəttə, qəbul edirəm. Qapıçımız kritik seyvlər etdi.
- Sizcə, Estoniyada Azərbaycanı bu oyunla rahat məğlub edə bilərsiniz?
- Bərabər oyun olacaq. Azərbaycan millisi İsveçə qarşı oynamışdı. Keyfiyyət hiss olunurdu. Çətin olacaq. İkinci matçda hava bəlkə Azərbaycanla müqayisədə isti ola bilər. Oyunun bərabər keçəcəyi gözlənilir.
- Azərbaycan millisinin heyətində sizin üçün daha təhlükəli futbolçu kim idi?
- Azərbaycan millisi haqda çox danışmaq istəmirəm. Yaxşı olardı ki, bu sualları onların baş məşqçisinə verəsiniz.
- Əsas hədəfimiz qrup sonuncusu olmamaqdır?
- Oyundan-oyuna gələcəyə baxırıq. Bakıda qalib gəlmək istəyirdik. Qrupda hansı yeri tutacağımız önəmli deyil. İstənilən halda, hədəf ilk iki yerdən birini tutmaq olur. Amma iki oyundan bir xal götürmüşük.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
Avropa Liqasında Liqa mərhələsi başlayır
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü