"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Almaniya kubokunun 1/4 finalında "Frayburq"a 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyunu şərh edib.
Qol.az "Bayern&Germany"yə istinadən xəbər verir ki, o, Münhen klubu ilə 2-ci matçı ilə bağlı deyib: "Frayburq" qapıya iki zərbədən iki qol vurdu. Rəqibin digər qol şanslarını xatırlamıram. Yaxşı imkanlarımız oldu, amma həmişə son ötürmə, düzgün qərar, dəqiqlikdən biri çatışmırdı. Rəqib çox yaxşı müdafiə olundu. Ona görə də təzyiq göstərməyə davam edə bilmədik.
Biz hesabda önə keçdik, sonra daha iki-üç şansımız oldu. Xüsusilə, Tomas Müllerin yaxşı şansı var idi. Ancaq günahkar yalnız özümüzük. Öz meydanında 1/4 final mərhələsində turniri tərk etmək böyük məyusluqdur.
Birlikdə qalib gəlirik, birlikdə uduzuruq. Bəli, məşqçilər heyətinin vaxtı az idi, amma məğlubiyyətə mən məsuliyyət daşıyıram. Nəyin səhv olduğunu təhlil etməli və növbəti matça hazırlaşmalıyıq".
Qeyd edək ki, martın 24-ü "Bavariya"nın baş məşqçisi təyin olunan Tuhel Münhen klubu ilə ilk görüşündə Bundesliqada Dortmund "Borussiya"sına 4:2 hesabı ilə qalib gəlmişdi.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar