"Real" FİFA-nın təşkil etdiyi "The Best" mükafalandırma mərasimindən narazı qalıb.
Qol.az AS-a istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi Çempionlar Liqası, La Liqa, UEFA Superkuboku və İspaniyada qazandıqları qələbələrə baxmayaraq, komandalarının oyunçularının diqqətdən kənarda qalmasından məmnun deyil.
Dörd ay əvvəl Kərim Benzema “Qızıl top”u, Tibo Kurtua isə Lev Yaşin mükafatını qazansa da, klub oyunçularının "The Best"də mükafatsız qalmasına təəccüblənib.
"Real" ilin rəmzi komandasında Vinisius Juniorun olmamasından da narazıdır.
Qeyd edək ki, milli komandaların məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlər arasında keçirilən səsvermənin ümumi nəticəsinə əsasən FİFA-nın mükafatları verilir. İlin milli komandası isə yalnız futbolçuların səsverməsi ilə seçilir.
Qeyd edək ki, Lionel Messi (Argentina, PSJ) ilin ən yaxşı futbolçusu, Emiliano Martines (Argentina, "Aston Villa") ilin ən yaxşı qapıçısı, Lionel Skaloni (Argentina) ilin ən yaxşı məşqçisi seçilib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video