PSJ-nin futbolçusu Lionel Messi "Barselona" prezidenti Joan Laportanın daim onun haqqında danışmasından bezib.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Paris təmsilçisinin hücumçusunun atası Xorxe Messi Laportaya zəng edərək ondan hər müsahibəsində Leonelin adını çəkməyi dayandırmasını istəyib. Söhbət dostluq şəraitində keçib.
Argentinalı oyunçu ötən yay "Barselona"nı tərk etdikdən sonra Laporta Messinin Kataloniya klubuna qayıtma şanslarını qiymətləndirən müntəzəm müsahibələr verir. O, sonuncu belə müsahibəsini mayın 25-də verib.
Messi Laportanın onun "Barselona" ilə müqavilə imzalamağa hazır olması ilə bağlı davamlı açıqlamalar verməsindən bezib. Çünki həm oyunçu, həm də prezident bunun mümkün olmadığını artıq başa düşür. Leportanın ötən yay Messi ilə müqavilə imzalamağa hazır olduqlarını söyləməsi, ancaq sonrada bunun reallaşmamasının oyunçu üçün zərbə olduğu vurğulanıb.
Qeyd edək ki, Messi ötən ilin yayından Paris təmsilçisində oynayır.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi