"Ayaks" yeni baş məşqçisini açıqladı

"Ayaks" yeni baş məşqçisini açıqladı
DÜNYA FUTBOLU 12 May 2022 / 19:02 3102
-  A +

"Ayaks" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisini hazırda "Brügge"nin baş məşqçisi olan Alfred Şreder çalışdıracaq.

49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə yeni mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Erik ten Haqı əvəzləyib.

Xatırladaq ki, “Ayaks” ötən gecə çempionluğunu rəsmiləşdirib.


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi