Azərbaycan millisinin sabiq cüdoçusu və qadınlardan ibarət yığma komandanın məşqçisi Kifayət Qasımova haqqında bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.
Jurnalist Azər İsmayılın müəllifi olduğu “After&Before” adlanan ekran işi ilə bağlı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Filmin ana xəttini qəhrəmanın hələ uşaq ikən məcburi köçkün həyatı yaşamasına rəğmən, göstərdiyi əzmkarlıq və Azərbaycan cüdosunun parlaq simasına çevrilməsi təşkil edir.
Müəllifin sözlərinə görə, ekran əsəri Beynəlxalq Cüdo Federasiyasına və İdman filmləri üzrə beynəlxalq müsabiqəyə göndəriləcək. Qasımova tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Fərid Qayıbov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdiyini söyləyib: "İlk dəfə görürəm ki, jurnalist həyəcanlıdır. Əminəm ki, sizə pozitiv suallar veriləcək. Bir neçə saat əvvəl kişilərdən ibarət cüdo millimizlə görüşdük. Onlar Avropa çempionatında uğurlu çıxış ediblər. İdmançı üçün həyar həmişə uğurlu alınmır. Cəmiyyər bilməlidir ki, idmançənın həyatında hansı çətinliklər olur. Nazirlik olaraq belə filmlərə dəstək verməyə hazırıq. Kifayət Qasımovanı təbrik edirəm. Məşhur idmançımız olub. Ona gələcək karyerasında da uğurlar arzulayıram".

Rəşad Rəsullu təqdimatda iştirakın onlar üçün xoş olduğunu söyləyib. "Bütün federasiya adından salamlarımı çatdırır, Kifayət Qasımovanı və filmin yaradıcı kollektivini təbrik edirəm. O, bizim azsaylı qadın cüdoçularımızdandır ki, elit səviyyədə iştirak edib. Bu gün kişilərdən ibarət komandanı qəbul edən cənab nazirə təşkkürümü bildirirəm. İnanıram ki, növbəti dəfə qadın cüdoçularımızı qəbul edəcəksiniz. Bir daha səbəbkarı təbrik edirəm".
Daha sonra film nümayiş olunub. Filmin rejissoru İsa İsayev, icraçı prodüsseri Manaf Əzizlidir (Report).
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı