Azərbaycan Futbol Federasiyaları Assosiasiyası DÇ-2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Bakı vaxtı ilə saat 18:00-da Moskvadakı «Lujniki» stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa bizim azarkeşlər üçün ayrılmış biletin satışına başlayıb. AFFA-dan Qol.Az saytına verilən məlumata görə, komandamızın azarkeşləri üçün ayrılmış sektorda bir biletin qiyməti 5 dollar (4 manat) təşkil edir. Ümumilikdə Rusiya Futbol İttifaqı bu oyunda Azərbaycan komandasının azarkeşlərinə yeddi min yer ayırıb. VİP yerləri isə satışa çıxarılmayıb.
AFFA-dan bildiriblər ki, hələlik milli komandamızın Moskvaya çarter, yoxsa adi reyslə çıxacağı müəyyənləşmədiyindən federasiya azarkeşlər yalnız biletlər təklif edir. Bu o deməkdir ki, Rusiya - Azərbaycan oyununu izləmək istəyən azarkeşlər Moskvaya fərdi qaydada təyyarə və ya qatarla gedə bilərlər. Bakı - Moskva - Bakı təyyarə biletinin qiyməti 380 manat, qatarla Bakı - Moskva reysinin qiyməti isə 100 manat təşkil edir. Moskva - Bakı qatar reysinə qiymətlər isə təxminən 100 dollardır.
İmkansız azarkeşlər üçün Moskvaya avtobusla getmək daha sərfəlidir. Bu zaman onlar Bakı - Moskva marşrutu üçün biletə ən azı 50 manat ödəməlidirlər.
Moskvada otellərin qiyməti isə şəraitindən asılı olaraq 40-50 dollardan başlayır. İki-üç günlük yemək xərcləri isə sifarişdən asılı olaraq ən azı 50-70 dollar arasındadır.
Beləliklə, Rusiya - Azərbaycan oyununu Moskvada izləmək azarkeşlərə ən azı bu qiymətlərə başa gələcək:
Təyyarə bileti - 380 manat, oyuna bilet 4 manat, otelin qiymətləri (iki gecəlik) - 50 manat, iki günlük yemək xərcləri 40 manat. Ümumi 474 manat.
Qatar bileti - Bakı - Moskva (100 manat), Moskva - Bakı (80 manat), oyuna bilet 4 manat, otelin qiymətləri (iki gecəlik) - 50 manat, iki günlük yemək xərcləri 40 manat. Ümumi 274 manat.
Avtobus bileti - Bakı - Moskva - Bakı - 100 manat. oyuna bilet 4 manat, otelin qiymətləri (iki gecəlik) - 50 manat, iki günlük yemək xərcləri 40 manat. Ümumi 194 manat.
İmkanlı azarkeşlər isə komfortlu otellərdə və bahalı restoranlarda yemək yemək üçün daha çox pul ödəməlidirlər. Bu zaman qiymət onlara ən azı 1000 manata başa gələcək.
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi