“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev Qol.az-ın suallarını cavablandırıb.
- Premyer Liqamızda yeni mövsümdən komanda sayının artırılacağı açıqlanıb. Elitaya gələcək 2 komandadan birinin “Turan Tovuz” olacağı haqda söz-söhbətlər gəzir. Bununla bağlı AFFA-dan kluba hər hansı müraciət olubmu?
- Bundan əvvəl də biz Premyer Liqada oynamaq istəyirdik. Ancaq etiraf etmək lazımdır ki, bizim bunun üçün şəraitimiz yox idi. Paltardəyişmə, yuyunma otağı normal deyildi. Ümumiyyətlə, bazamız yox idi. İndi o problemimiz yoxdur. Bircə maliyyə məsələsi qalır. Lisenziyalaşdırma ilə bağlı tələb olunan müəyyən sənədlər lazımdır ki, onların hər birini öz vaxtında təqdim etməlisən. Biz qaydaya uyğun olaraq sənədləri lazım olan yerə veririk, ancaq maliyyə sənədlərimiz çatmır. Elə bir maliyyə dayağımız yoxdur. Hamı bilir ki, “Turan Tovuz”un, “Kəpəz”in tarixi var, Premyer Liqada oynaya bilərlər. Söz-söhbətlər ordan yaranır. Biz də istəyirik ki, Premyer Liqada oynayaq. Amma istəmək hər şeyi həll etmir.
- Deməli, əvvəlki illərdən fərqli heç nə yoxdur...
- Əvvəllər biz lazım olan sənədləri toplasaq da, bilirdik ki, bizi yüksək liqaya buraxmayacaqlar. Çünki qonaq komanda üçün normal yerimiz yox idi. Yəni şəratimiz pis idi. Maliyyədən əlavə belə problemimiz vardı. Bu gün isə həmin problemlər yoxdur.
- Yəni Premyer Liqada iştirakınız nə dərəcədə gözləniləndir?
- Premyer Liqada 10 komandanın olacağı açıqlanan konfransda mən də iştirak edirdim. Fors-major halı olmasa, 10 komanda olacaq. Bu gün divizion təmsilçilərindən Premyer Liqada oynamağa ən layiq komanda “Turan Tovuz”dur. Ümumi baxımdan deyirəm. İnfrastruktur və digər məsələlər bizdə digər divizion klublarından daha yaxşıdır. Bizim ümidimiz bunadır. Düşünürük ki, Premyer Liqamıza 2 yeni komanda cəlb olunsa, biri “Turan Tovuz” olacaq. Amma dediyim kimi, maliyyə dayağımız yoxdur. Bu maliyyə ilə ancaq birinci dizionda iştirak edə bilərik.
- Çempionatda 10 komandanın oynayacağı ilə bağlı xəbərdən sonra “Turan Tovuz”a sponsorluq etmək istəyən olmadı?
- Əvvəl necə idi, indi də elədir. Əvvəllər də müraciət etmişik ki, bəlkə kimsə qabağa durar, kömək edər. Çünki iki dəfə çempion olmuşuq. Amma heç kim sponsorluq etmək istəməyib.
- Çempion olan komandaya köməklik edilməyibsə, indi bu, daha çətin görünmür?
- Bilmirəm, bəlkə də o vaxt şəraitimiz yox idi deyə düşünürdülər ki, milyonlarla pul lazım olacaq. Yəni o vaxt daha çətin idi. İndi isə sadəcə, komandaya maddi dəstək lazımdır. Təbii ki, buna da vəsait lazımdır.
- Komandanın özündə Premeyr Liqaya can atırlar?
- Futbolçular da maraqlanırlar, soruşurlar ki, bu deyilənlər düzdürmü, komanda Premyer Liqaya çıxırmı? Mən də bir qayda olaraq deyirəm ki, şəxsən mənə heç kim deməyib ki, Premyer Liqada oynayacağıq. Biz lazım olan sənədləri təqdim edirik. Səhv etmirəmsə, son vaxt martın 31-dir. O vaxta qədər maliyyə meyarlarını əks etdirən sənədləri də verməliyik. Amma qeyd etdiyim kimi, hələ maliyyə dəstəyi alacağımız şəxs yoxdur.
- “Turan Tovuz” əvvəlki mövsümlərdən fərqli olaraq zəif çıxış edir. Komanda hazırda 10-cu yerdədir.
- Biz baş məşqçiyə səlahiyyətlər vermişik. İstədiyi futbolçunu götürür, istəmədiyini götürmür. Bu gün Premyer Liqaya çıxmaq istəyirsənsə, nəticə göstərməlisən. Bəli, komandanın nə oyunu, nə də bugünkü durumu bizi qane edir. Yəni nə klub rəhbərliyini, nə də azarkeşləri. Nə istənilən oyunu görürük, nə də istənilən nəticə var. Halbuki indi əvvəlki çətinliklər yoxdur.
- Çətin dövlərdə komanda daha yaxşı çıxış edirdi.
- Vallah biz çempion olan il Tovuzda stadionda məşq edirdik, yuyunmaq üçün başqa yerə, oynamaq üçün Şəmkirə gedirdik. Başqa yerdə qalırdıq, başqa yerdə yemək yeyirdik. Elə bir şəraitdə komanda çempion olurdu. Bu gün isə hər cür şərait var, ancaq nəticə yoxdur. Bu, bizi qane etmir. Komanda Premyer Liqaya çıxsa da, çıxmasa da.
- Premyer Liqaya buraxılsa, hər halda komanda gücləndiriləcək. Yeri gəlmişkən, “Turan Tovuz”un Elvin Məmmədov, Vurğun Hüseynov kimi təcrübəli futbolçularla danışıq apardığı deyilir.
- Mən də bunları mətbuatdan oxumuşam. Təbii ki, onlar tovuzlu olduğuna görə belə söz-söhbətlər çıxır. Bizə bir söz deməyiblər ki, gedək hansısa futbolçu ilə danışıq aparaq. Hər halda Premyer Liqa məsələsi real olsa, tovuzlu və ümumiyyətlə azərbaycanlı futbolçuları komandaya cəlb etməyə çalışacağıq. Amma hələ ki, şəxsən mənim heç kimlə söhbətim olmayıb.
Ramiq Ağaməmmədov
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"