Azərbaycanlı futbolçular Türkiyədə nə vaxt legioner sayılmayacaq? – Açıqlama

Azərbaycanlı futbolçular Türkiyədə nə vaxt legioner sayılmayacaq? – Açıqlama
XƏBƏR 2 Fevral 2022 / 14:04 3104
-  A +

Azərbaycanlı futbolçuların Türkiyədə əcnəbi statusunda oynamaması üçün müzakirələr davam edir.

Qol.az-ın xəbərinə görə, bu haqda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Dövlətlər arasında müvafiq sazişlər imzalanır. Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilirik. Futbolçumuzun orada əcnəbi hesab olunmaması üçün çalışmalar davam edir. Söhbət təkcə futbolçudan getmir. Əmək müqaviləsi statusu və digər məsuliyyətlər də var. Yəni hüquqi baza da dəyişməlidir. Biz futbolçumuzun Türkiyədə, onların oyunçusunun isə bizdə yerli statusda oynamasına sevinərik” – deyə E.Məmmədov bildirib.


Son xəbərlər
topaz banner