“Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Niderlannda təşkil olunan Avropa çempionatının D qrupunun sonuncu turunda Bosniya və Herseqovina ilə sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
"Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq" deyə o bildirib .
Braziliyalı mütəxəssis heyətdə müəyyən dəyişiklik ediləcəyini vurğulayıb: " Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər