“Yüksək səviyyəli rəqibə qarşı çox yaxşı oyun oldu. Səviyyə, sürət və intensivliyə görə belə komanda ilə matç son dərəcə vacib idi".
Qol.az xəbər verir ki, bu sözləri "Visla"nın (Krakov) baş məşqçisi Adrian Qulya Antalya toplanışında "Qarabağ"la keçirdikləri yoxlama matçından sonra deyib.
O, Polşa klubunun rəsmi saytına açıqlamasında 3 hissədən ibarət və qolsuz başa çatan matçı dəyərləndirərkən Ağdam təmsilçisi ilə qarşılaşmanın üstünlüklərini qeyd edib:
"Məlumdur ki, topsuz daha çox işləməli olduq, amma komanda bunu bacardı. Xüsusən müdafiədə və və meydanın mərkəzində boşluqları bağladıq. Rəqib cinahlardan hücumlar qura bilirdi. Oyunun müəyyən fraqmentlərindən və ya əks-hücumdan yararlana bilmədik. Təəssüf ki, penaltini də qola çevirə bilmədik. Amma bu oyun komandanın düzgün istiqamətdə getdiyini göstərdi. Rəqibin baş məşqçisi ilə birlikdə 90 dəqiqədən daha çox oynamaq qərarına gəldik. Bu, yaxşı qərar idi. Çünki oyunçularda matçın intensivliyini təmin etdik. Əlavə olaraq, komandada rəqabət gördük".
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək