Quus Hiddink: «İnanmaq istərdim ki, Azərbaycanla oyunda sensasiyadan qaça biləcəyik»

Quus Hiddink: «İnanmaq istərdim ki, Azərbaycanla oyunda sensasiyadan qaça biləcəyik»
ÖLKƏ FUTBOLU 9 Fevral 2009 / 10:32 2779
-  A +

«Müasir futbolda zəif rəqib yoxdur». Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Quus Hiddink rusiyalı jurnalistlərin Azərbaycan komandasıyla martın 28-də keçiriləcək DÇ-2010-nun seçmə oyunu ilə bağlı suallarını cavablandırarkən söyləyib. O bildirib ki, reytinq cədvəllərində yüksək yer tutmayan komandalar istənilən rəqibi böyük təhlükələr yarada bilərlər. Bu zaman Hiddink İsveçrə komandasının Lüksemburqa məğlubiyyətini misal gətirib: «İnanmaq istərdim ki, biz belə sensasiyalardan qaça biləcəyik».
Hollandiyalı mütəxəssis söyləyib ki, komandasının futbolçuları istənilən rəqiblə oyuna tam hazır vəziyyətdə çıxmalıdır: «Hər şey ondan asılıdır ki, biz kiminlə qarşılaşırıq - Almaniya, İngiltərə, yoxsa Azərbaycanla. Yeri gəlmişkən, bildiyimə görə, bizim ən yaxın rəqiblərimiz oyunlara çox ciddi hazırlaşır, xaricdə təlim-məşq toplanışı keçir və güclü rəqiblərlə yoxlama oyununda qüvvələrini sınayırlar. Onlar Rusiya ilə oyunda uğurlu çıxış etmək niyyətindədirlər. Bu mənada, biz qarşıdakı iki oyundan altı xal toplamaq üçün yaxşı hazırlaşmılıyıq».
Q.Hiddink Rusiya millisinin qrupda nəzarəti əlində saxladığını söyləyib: «Əsas odur ki, almanlarla Moskva görüşünədək gücümüz azalmasın, bu halda biz güclü rəqibi keçə bilərik. Bunun baş verməsi üçün qarşıdakı oyunlarda qətiyyən xal itirməməliyik. Biz öz məqsədimizə çatmaq üçün addım-addım irəliləyirik. İlk əvvəl Azərbaycanla oyuna hazırlaşırıq, sonra Lixtenşteyn, daha sonra Finlandiya».

Daha çox


Son xəbərlər