Milli komandanın baş məşqçisi Berti Foqts verdiyi son müsahibədə Azərbaycan milli komandasının təlim-məşq toplanışı və qarşıdakı oyunlar barədə fikirlər bildirib
- İlk olaraq Çexiyanın “Slaviya” komandası ilə keçirilən yoxlama oyunu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Millinin oyununu yoxlamaq baxımından bu görüşün keçirilməsini son dərəcə vacib hesab edirəm. Birinci hissədə daha çox məşq etməli olan futbolçulara şans verdim. Çünki onların bəziləri məşq prosesində özlərini heç də yaxşı tərəfdən göstərə bilməyiblər. Bu mənada onların rəqibə qarşı oynamaları yaxşı oldu. Qarşılaşma bir daha göstərdi ki, onlar öz klublarında çox məşq etməlidirlər. Bu məsələdə klub məşqçilərinin heç bir təqsiri yoxdur. Peşəkar futbolçu öz üzərində daim çalışmalıdır. Qarşılaşmanın ikinci hissəsində isə tamamilə başqa oyunun şahidi olduq. Çünki meydana fiziki cəhətdən daha yaxşı olan futbolçular daxil olmuşdu. Mənim üçün bu oyunda hesab vacib olmasa da, hesabı dəyişmək üçün də bir neçə şansımız oldu, lakin real imkanlardan maksimum yararlana bilmədik.
- Ümumiyyətlə oyundan razı qaldınızmı?
- Bütövlükdə yox.
- Bu dəfə ötən oyun ehtiyatda qalan qapıçıların hər ikisinə - Fərhad Vəliyevə və Rauf Mehdiyevə şans verdiniz. Onlar ümidlərinizi doğrulda bildimi?
- Bəli. Onların hər ikisi yaxşı oynadı. Ona görə də konkret olaraq demək istərdim ki, milli komandamızda qapıçı problemi yoxdur.
- Rahid Əmirquliyev klubdakından fərqli olaraq başqa mövqedə oynayırdı. Sizcə, oyunu necə alındı?
- Onu həmin mövqedə yoxlamaq istəyirdim. Oyunu xoşuma gəldi.
- Toplanış çərçivəsində keçirilən yoldaşlıq və yoxlama oyununda qapımızdan keçən topların heç birində qapıçıların təqsiri yoxdur. Belə olan məqamda müdafiə xəttinin gücləndirilməsinə ehtiyac duyursunuzmu?
- Bizim əsas səhvimiz orta xətlərdə baş verirdi. Komanda hücumda topu itirəndən sonra dərhal geriyə qayıtmağı hələ ki, lazımi səviyyədə bacarmır. Buna görə də həmin futbolçular fiziki durumlarını artırmaq üçün gərək çoxlu məşq edələr.
- Sergey Sokolov ilk dəfə idi ki, sizin rəhbərliyiniz altında meydana çıxırdı. Oyunu necə alındı?
- Hiss edirəm ki, o, məşqdə və oyunda yaxşı təsir bağışlamaq üçün çox çalışır. Amma mən ondan yüksək nəticə gözləyirəm. Çünki o daha yaxşı oynaya bilər. Hərçənd sərbəst oynaya bilmədiyindən bacardığını nümayiş etdirə bilmir.
- Bəlkə bu, onun psixoloji gərginliyi ilə əlaqədardır?
- Oyundan əvvəl onunla söhbətim oldu. Hiss edirdim ki, hələ də komandaya uyğunlaşa bilmir. Baxmayaraq ki, komandanın bütün üzvləri onu son dərəcə mehriban münasibət bəsləyir. Mən ona məsləhət görmüşəm ki, daim nikbin olmalı və bir futbolçu kimi gələcəyi barədə düşünməlidir.
- Bəs, Tural Nərimanovun oyunundan necə, razı qaldınızmı?
- Birinci hissədə onun oyunu çox yaxşı alındı. İkinci hissədə isə yorğunluğu özünü göstərdi. O da gərək öz üzərində çox çalışa ki, fiziki gücünü oyunun sonuna qədər saxlaya bilə.
- Adətən, komandamızda 60-65-ci dəqiqələrdən sonra bərk yorğunluq hiss olunurdu. Yoxlama oyununda isə bunun tamamilə əksini gördük. Qarşılaşmanın sonuna yaxın komandamızın oyununda canlanma yarandı...
- Bu, ilk növbədə futbolçuların fiziki hazırlığının toplanış ərəfəsində xeyli yüksəldiyini göstərir. Buna görə bizə hərtərəfli şərait yaratdıqlarına görə AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.
- Lakin bir neçə qol şansından Vaqif Cavadov, Leandro Qomeş və Vüqar Nadirov istifadə edə bilmədi. Siz bunun səbəbini nədə görürsünüz?
- Bəli, komanda son 15-20 dəqiqələrdə rəqib qapısı ağzında bir neçə təhlükəli an yaratsa da, maksimum tapşırığı yerinə yetirə bilmədi. Bunun üçün ilk növbədə təcrübə və səbir lazımdır.
- Toplanış ərəfəsində millinin bütün üzvlərinə meydanda şans verilib. Onlardan hansının oyunu lazımi səviyyədədir?
- Bir çox futbolçunun oyunu yüksək səviyyədədir. Vüqar Nadirov, Tural Cəlilov, Ernani Pereira daha yaxşı oyunu ilə seçildilər.
- Yoxlama oyunu olsa da, Kamran Ağayevin qırmızı vərəqə alması heç də yaxşı hal deyil. Bu barədə onunla söhbətiniz oldumu?
- Bəli, oyundan sonra onunla söhbətimiz oldu. Əminəm ki, o bir daha belə hərəkətlərə yol verməyəcək.
- Hansısa futbolçu zəif oyununa görə cəzalanacaqmı?
- Həmin futbolçulara öz barələrində fikirləşmək üçün vaxt veriləcək.
- Onda Almaniyada keçiriləcək toplanışa neçə futbolçu gedəcək?
- 18-19 futbolçunun aparılmasını nəzərdə tuturam.
- Milinin heyətinə yeni futbolçular necə, dəvət olunacaqmı?
- Rəşad Sadıqovla, Branimir Şubaşiç də bizimlə olacaq. Yeni futbolçuların axtarışı isə daim davam edir.
- Növbəti aylarda müxtəlif yarışların keçiriləcəyini nəzərə alaraq milinin bəzi üzvlərinə öz yaş qrupları üzrə yığmalarda oynamaq üçün şərait yaradılacaqmı?
- Bəli, Araz Abdullayevin U-17-nin, Emin Cəfərquliyevin isə U-21-in heyətində oynamasına icazə verəcəyik.
- Almaniyada toplanış ərəfəsində futbolçuların növbəti dəfə tibbi müayinədən keçirilməsi nəzərdə tutulubmu?
- Xeyr.
- Millinin futbolçuları birinci dəfə iyun, ikinci dəfə isə dekabr ayında tibbi müayinədən keçib. Bu müayinələr arasında fərq hiss olunurmu?
- Bəli, əksər futbolçularda 30 faizə qədər irəliləyiş olub.
- Baş məşqçinin qəlbində Rusiyaya qarşı oynayacaq heyətin ilkin tərkibi varmı?
- Nəinki Rusiya, hətta Almaniya milisinə də qarşı meydana çıxacaq 11 futbolçunu özümdə müəyyənləşdirmişəm.
Mənbə: AFFA-nın rəsmi saytı
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi