DÇ-2022-nin seçmə mərhələsində Panama - Salvador matçında (1:2) dünyanın ən tez qollarından biri vurulub.
Qol.az today.in-24.com-a istinadən xəbər verir ki, bu dəfə Salvador yığmasının futbolçusu Xayro Enrikes tarixə düşməyi bacarıb. 28 yaşlı yarımmüdafiəçi 12-ci saniyədə hesabı açıb və mundialların seçmə matçlarında ən tez üçüncü qola imza atıb.
Bu, həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təsnifat mərhələlərində vurulmuş ən erkən qol olub.
Qeyd edək ki, bu göstəricidə rekord Kristian Bentekeyə (Belçika) məxsusdur. 31 yaşlı hücumçu 2016-cı ildə DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariqlə matçda (6:0) 8-ci saniyədə fərqlənib. San Marino millisinin sabiq üzvü Davide Qualtyeri isə 1993-cu ildə İngiltərəyə 1:7 hesabı ilə uduzduqları matçın 9-cu saniyəsində qol vurub.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı