2-10 oktyabrda Norveçdə keçirilən dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib.
Qol.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, Yunan-Roma güləşində 82 kq-da dünya çempionu olan Rafiq Hüseynov bu çəkidə liderliyə yüksəlib. 33 yaşlı pəhləvanımız 70 xalla reytinqə başçılıq edir. Rafiq ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır. Hüseynov əvvəlki siyahıyla müqayisədə 23 pillə irəliləyib.
Güləşin bu növündə daha 3 həmyerlimiz ilk "10-luq"da yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk "3-lüy"ü qapayır. Osloda bürünc medal qazanan güləşçimiz 4 pillə irəliləyib. 63 kq-da Taleh Məmmədov 6-cı yerdən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanımızın hesabında 38 xal var. Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib. Dünya çempionatında gümüş medalı boynundan asan güləşçimiz xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.
Sərbəst güləşdə millimizin 4 üzvü öz çəkilərində ilk "10-luq"da yer alıb. Tokio Olimpiadasında gümüş medal əldə edən Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı yerə enib. Buna səbəb 44 xala malik titullu idmançımızın DÇ-ni buraxması olub. Mundialda medalın bir addımlığında dayanan Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçimizin hesabında 38 xal var. Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk "10-luğ"u qapayan təmsilçimizin əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.
Qadın güləşinə gəlincə, Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millimizin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb. Elis Manalova isə 68 kq-da 22 xalla ilk "10-luğ"u qapayır.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video