Mişel Platini: “AÇ-2012 çox gözəl olacaq”

Mişel Platini: “AÇ-2012 çox gözəl olacaq”
DÜNYA FUTBOLU 15 Oktyabr 2010 / 13:33 2141
-  A +

UEFA prezidenti Mişel Platini AÇ-2012-dən çox şey gözlədiyini söyləyib. Qol.Az-ın məlumatına görə, o, UEFA-nın rəsmi saytına açıqlamasında “2012-ci ildə keçiriləcək Avropa çempionatı çox gözəl olacaq” deməklə, vədlərdə bulunub. Polşanın paytaxtı Varşavaya səfər edən və Baş nazir Bronislav Komorovski ilə görüşən Platini 2012-ci ildə keçiriləcək çempionat haqqında böyük ümidlə danışıb: “Burada olmağıma şadam. Hazırlıqlar çox yaxşı davam edir. Həm hökümət, həm də digər qurumlar lazımi bütün dəstəyi göstərirlər. Hər şey öz qaydasında davam edir”.
Komorovskinin ona AÇ-2012-nin Polşanın inkişafı üçün böyük bir fürsət olduğunu bildirdiyini dilə gətirən UEFA prezidenti sözlərinə belə davam edib: “Turnir başa çatdıqdan sonra geriyə doğru baxacağıq və hər şeyin necə gözəl olduğunu görəcəyik. Mən Polşa hökümətini təbrik etmək istəyirəm. AÇ-2012-nin böyük bir futbol bayramı olacağından əminəm”.

Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi