Əslən azərbaycanlı olan Cessika və Cennifer Qədirova bacılarının yer aldığı Böyük Britaniyanın qadın gimnastika milli komandası Tokio-2020-də bürünc medal qazanıb.
Qol.az xəbər verir ki, bu, Britaniyanın gimnastikada 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarındakı ilk mükafatıdır. 16 yaşlı əkiz azərbaycanlı bacıların bu nailiyyətin qazılmasında böyük rolu olub.
Xatırladaq ki, Cessika bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.
Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar. “İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi”.
Əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada oturum izni ilə yaşayırlar.
Yuxarı
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi