Tokio-2020də iştirak edən Azərbaycan boks millisinin üzü Lorenzo Sotomayor bu gün ilk döyüşünü keçirib.
Qol.az xəbər verir ki, 69 kq. çəkidə yarışan Olimpiya gümüş mükafatçısı 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevlə qarşılaşıb. Görüşün üçüncü raundunda hakim döyüşü saxlamalı olub Buna idmançımızın qaşından aldığı zədə və qanaxmasının dayanmaması səbəb olub. Qaydaya əsasən, bu halda qələbə rəqibə verilir.
Əlavə edək ki, döyüşün ilk iki raundunda Sotomayor məğlub durumda olub.
Xatırladaq ki, bu gün mübarizəyə üç boksçumuz qoşulur. Onlardan biri Tayfur Əliyev Vyetnam idmançısı Nquyen Van Duonqla qarşılaşıb və hakimlərin rəyinə əsasən, 2:3 hesabı ilə uduzub.
Bugünkü boks yarışlarına isə +91 çəki dərəcəsində yarışan digər boksçumuz Məhəmməd Abdullayevin Denis Latıpovla (Bəhreyn) görüşə ilə yekun vurulacaq.
Əlavə edək ki, Azərbaycan boks yarışlarında 5 idmançı təmsil edir.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu