"Keşlə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi"nin baş məşqçisi Vladimir Fedetov sabah Azərbaycan təmsilçisi ilə keçirəcəkləri ilk matç haqqında danışıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis görüşdən öncə təşkil olunan mətbuat konfransında oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
"Komandamızda çox yüksək əhval-ruhiyyə var. Azarkeşlərimizi avrokubokların başlaması münasibətilə təbrik edirəm. Hazırlıq mərhələsi bitdi. Yaxşı məşq etdik. Sabah bütün gücümüzü azarkeşlərin önündə meydana qoyacağıq. Bu, gənc klubumuz üçün debütdür. Təcrübəli futbolçularımız çoxdur. Kifayət qədər hazırlıq keçməyimiz bizə özümüzü inamlı hiss etmək imkanı verir. Maç öncəsi həyəcan normaldır. Doğru yoldayıq, özümüzü inamlı hiss edirik".
Fedetov "Keşlə" barədə kifayət qədər məlumata sahib olmadıqlarını deyib:
"Bütün rəqiblərimizə hörmət edirik. "Keşlə"ni analiz etməyə çalışdıq. Amma bu komanda haqqında məlumatımız azdır. Onların bir neçə futbolçusu klubdan ayrıldı. Həm də bir sıra oyunçular gəlib. Yeni tərkiblə 3 matç keçirdilər. Ancaq analiz üçün bir video tapa bilmədik. Bu səbəbdən çox məlumat toplaya bilmədik. Onlar bütün matçlarını Azərbaycandan olan klublarla oynayıblar. Sənan Qurbanovun rəhbərliyi altında əvvəlki oyunlarını izlədik. Futbolçular ilə bağlı məlumatlara da ayrı-ayrılıqda baxdıq. Kimin favorit olduğunu demək çətindir. Amma evdə oynayacağımız üçün üstünlük bizim tərəfimizdə olacaq. Kimin favorit, kimin ikinci olduğunu yaşıl meydan göstərəcək".
Qeyd edək ki, sabah Rusiyada keçiriləcək "Soçi" - "Keşlə" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab oyunu isə iyulun 29-u Bakıda olacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər