Çernoqoriya yığmasının və İtaliyanın “Roma” klubunun hücumçusu Mirko Vuçiniç sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İngiltərə ilə oyunda qol vuracağı halda, yenə idman şortikini çıxaracağını bəyan edib. Qol.Az-ın məlumatına görə, Vuçiniç ilk dəfə oktyabrın 8-də doğma divarlar arasında keçirilən İsveçrəylə ev oyununun son dəqiqələrində qələbə qoluna imza atdıqdan sonra belə hərəkətiylə bütün dünyanın diqqətini cəlb etmişdi. Xatırladaq ki, o, həmin qoldan sonra qol sevincini qeyd etmək üçün şortikini çıxararaq, onu hətta başına keçirmişdi.
İtaliya A Seriyasında top qovan təcrübəli hücumçu həmin olayı şərh edərkən bildirib ki, o, bu hərəkəti ilə heç kimə qarşı hörmətsizlik etmək istəməyib: “Hər bir futbolçu qol sevincini qeyd etmək üçün müxtəlif fərqli üsullara əl atır. Mən də belə etməkdən xoşlanıram. Ancaq bu, heç kimə qarşı hörmətsizlik anlamına gəlməməlidir. İngiltərə ilə qarşıdakı oyunda da qələbə qolunu vursam, yenə sevincimi eyni şəkildə qeyd etməyə çalışacağam”.
Qeyd edək ki, kifayət qədər prinsipial xarakter daşıyan İngiltərə - Çernoqoriya qarşılaşması sabah Londondakı “Uembli” stadionunda keçiriləcək. Keçirdiyi 3 görüşdən maksimum nəticəylə ayrılan çernoqoriyalılar 9, İngiltərə isə 2 oyundan 6 xal toplayıb. Vuçiniçin ötən mövsüm A Seriyasında “Roma”nın “Kalyari” üzərində qələbə qazandığı oyunda da eyni hərəkət etdiyini də vurğulayaq.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi