Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink 2014-cü ildə karyerasını başa vurmaq istəyir. Qol.Az-ın məlumatına görə, Hiddink bunu “NTV Spor” telekanalına açıqlamasında bildirib. Hollandiyalı mütəxəssis deyib: “Məqsədim Türkiyə millisini 2014-cü il dünya çempionatının finalına çıxarmaqdır. Sonra isə bir daha məşqçilik etməyəcəyəm”.
Martda Türkiyə Futbol Federasiyası (TFF) ilə müqavilə bağlamış Hiddink anlaşmanın 2 illik olduğunu bildirib. Halbuki bunadək təcrübəli baş məşqçinin sonradan daha 2 il uzadılmaq şərtilə sövdələşdiyi deyilirdi.
Qeyd edək ki, Qus Hiddink oktyabrın 8-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Türkiyənin Almaniyaya 0:3 hesablı məğlubiyyətindən sonra sərt tənqidlərə məruz qalıb. Türkiyənin bir sıra siyasətçiləri Hiddinki məğlubiyyətin birbaşa günahkarı adlandıraraq, baş məşqçinin maaşının açıqlanması tələbi ilə parlamentə sorğu göndəriblər. “Milliyet” qəzeti yazır ki, TFF-in prezidenti Mahmud Özgənər millət vəkillərinin səs-küy qaldırmalarının qarşısını ala bilib. O, Hiddinkin mükafatlar olmadan ildə 4 milyon avro əmək haqqı aldığını söyləyib. Lakin Türkiyə mətbuatı iddia edir ki, hollandiyalı mütəxəssis dünyanın ən bahalı məşqçisidir. Onun əmək haqqı isə ildə 8 milyon avrodur. (Lent.az)
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi