Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Macarıstana 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Qol.az xəbər verir ki, UEFA tərəfindən görüşün ən yaxşısı seçilən 36 yaşlı hücumçu qurumun saytına açıqlamasında deyib: “Ən əsası qələbə qazanmaq idi. Oyun çətin keçdi, rəqib çox yaxşı müdafiə olundu. Ancaq üç qol vurduq və komandaya iki qol vurmağımda kömək etdiyinə görə minnətdaram.
Özünəinam üçün turnirə yaxşı başlamaq vacib idi. İndi eyni ruhda davam etməli və növbəti matçı qazanmalıyıq".
Qeyd edək ki, Ronaldo Macarıstanla görüşdə dubla imza atıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər