“AÇ–2012”nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya, 12-də Azərbaycanla qarşılaşacaq Türkiyə millisinin kapitanı Əmrə Bəlözoğlu ölkəsinin “NTV Spor” kanalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Əmrə Arda Turanın zədələnməsi və qarşıdakı matçlar haqqında danışıb: “Ardanın zədəsi mənim də başıma gəlib. Bu, asan sağalan bir zədə deyil. Onun zədəsini ciddi şəkildə araşdırıb səbəblərini tapmaq lazımdır. “Qalatasaray”da yetişən əksər oyunçular bu problemlə üzləşir. O zamanlar Türkiyədə ilk dəfə “Qalatasaray”ın bazasında süni örtüklü meydança var idi və gənclərdən ibarət komandalar orada məşq edirdilər. Təbii ki, dəqiq bir şey deyə bilmərəm, ancaq süni örtüklü meydançaların bu zədənin əsas səbəbi olduğunu düşünürəm. Bu elə bir zədədir ki, yatarkən sağa-sola hərəkət etməyə belə imkan vermir”.
Qarşıdakı Almaniya və millimizlə oyunlar barədə də danışan Əmrə bunları söyləyib: “Almaniya turnir komandasıdır. Son 4-5 turnirdə komandanın heyəti yenilənib. Biz də seçmə mərhələyə yaxşı başlamışıq. Bura hazır və rahat gəlmişik, məşqçimiz bizi oyuna ən yaxşı formada hazırlayır. Asan bir matç olmayacaq. Belə matçlar bizim kimi təcrübəli oyunçular üçün zövq almalı olduğumuz qarşılaşmalardır. Hər cür nəticə mümkündür. Əlimizdən gələni edəcəyik. Burada yaxşı nəticə əldə etsək, Azərbaycana daha da ruhlanmış şəkildə gedəcəyik”.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi