“Bu, komandamız və mənim üçün xüsusi bir oyundur. Qarşılaşma İtaliyada oynanılacaq və “Milan”dan olan komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
"Milan"ın yarımmüdafəçisi "Avro-2020"nin İtaliya ilə bugünkü açılış matçı ilə bağlı fikirlərini bölüşüb. O, meydana sırf qələbə üçün çıxacaqlarnı bildirib: "Meydanda bacardığımız hər şeyi edəcəyik. İtaliyanın yaxşı futbolçuları, məşqçiləri var. Biz də yaxşı futbolçulara və məşqçiyə sahibik. Düşünürəm ki, əla oyun olacaq. Qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, bu gün keçiriləcək İtaliya – Türkiyə matçı saat 23:00-da start götürəcək.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat