"Dinamo"dan "qızıl dubl"

"Dinamo"dan "qızıl dubl"
DÜNYA FUTBOLU 13 May 2021 / 22:58 3660
-  A +

Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.
 
Qol.az xəbər verir ki, finalda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb.
 
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə Viktor Tsiqankovun qolu ilə hesabı açan “Dinamo” 1:0 hesablı qələbə qzanaraq Ukrayna kubokunun sahibi olub.
 
Qeyd edək ki, Ukrayna Premyer Liqasının da qalibi olan Mirça Luçeskunun çalışdırdığı Kiyev “Dinamo”su bununla “qızıl dubl”a imza atıb. Paytaxt təmsilçisi tarixində 13-cü dəfə Ukrayna kubokunun qalibi olub. Bununla da kiyevlilər eyni sayda kubok qazanmış “Şaxtyor”a (Donetsk) çatıblar.

 


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya

03.07.25  11:56

Falkao klubsuz qaldı