Sabah Avropanın yaşıl meydanlarında qitənin nüfuzuna görə ikinci yerdə qərarlaşan digər turnirində - UEFA Avropa Liqasında da ikinci turun oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlərin daha yaxından maraqlandığı Türkiyənin “Beşiktaş” klubu bu dəfə səfərdə uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, “qara qartallar” qrup mərhələsinə Bolqarıstan ÇSKA-sı üzərində minimal hesablı qələbəylə başlamışdı. İndi onlar bu uğurun davamını ilk oyununda səfərdə “Porto”ya 3 cavabsız qolla yenilən Avstriya “Rapid”i ilə qarşılaşmada gətirməyə çalışacaqlar. Vyanada keçiriləcək qarşılaşmada meydan sahiblərinin uğur qazanmaq şansı yüksək qiymətləndirilsə də, hər halda “Beşiktaş”ın cari mövsümdə həm Superliqada, həm də avroliqadakı çıxışı qənaətbəxş nəticəyə ümid yaradır.
A qrupunda “Mençester Siti”nin “Yuventus”la ev oyununa böyük maraq var. Elə prinsipiallığına görə, B qrupunun “Atletiko” – “Bayer” qarşılaşması da az maraq doğurmur. Cari mövsümə Yunanıstan “Aris”inə minimal hesablı məğlubiyyətlə başlayan Avropa Liqasının son qalibi “Atletiko”, indi ilk qələbəsini güclü Leverkuzen klubu üzərində rəsmiləşdirmək məcburiyyətindədir.
J qrupunun “Borussiya” (Dortmund) – “Sevilya” qarşılaşması da diqqətçəkən görüşlərdəndir. “Qarabağ”ı bu turnirin qrup mərhələsinə buraxmayan almanlar ilk turu məğlubiyyətlə başa vuran İspaniya təmsilçisini yenə xalsız qoya bilər ki, bu da yeni baş məşqçi dəyişikliyinə əl atan “Sevilya”nın işini daha da çətinə salacaq.
Sabah baş tutacaq bütün oyunları tam siyahısı isə belədir:
Avropa Liqası, qrup mərhələsi
30 sentyabr
A qrupu
00:05. “Lex” (Polşa) – “Zalsburq” (Avstriya)
00:05. “Mançester Siti” (İngiltərə) – “Yuventus” (İtaliya)
B qrupu
00:05. “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)
00:05. “Rusenborq” (Norveç) – “Aris” (Yunanıstan)
C qrupu
00:05. “Gent” (Belçika) – “Lill” (Fransa)
00:05. “Sportinq” – “Levski” (Bolqarıstan)
D qrupu
00:05. PAOK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
00:05. “Vilyarreal” (İspaniya) – “Brugge” (Belçika)
E qrupu
00:05. BATE (Belarus) – “Alkmaar” (Hollandiya)
00:05. “Şerif” (Moldova) – “Dinamo” (Kiyev, Ukrayna)
F qrupu
22:00. ÇSKA (Moskva, Rusiya) – “Sparta” (Çexiya)
00:05. “Palermo” (İtaliya) – “Lozanna” (İsveçrə)
G qrupu
22:00. “Hayduk” (Xorvatiya) – “Anderlext” (Belçika)
22:00. “Zenit” (Rusiya) – AEK (Yunanıstan)
H qrupu
22:00. “Odense” (Danimarka) – “Ştutqart” (Almaniya)
22:00. “Yanq Boyz” (İsveçrə) – “Xetafe” (İspaniya)
I qrupu
22:00. “Metallist” (Ukrayna) - PSV (Hollandiya)
22:00. “Sampdoriya” – “Debretsen” (Macarıstan)
J qrupu
22:00. “Borussiya” (Dortmund, Almaniya) – “Sevilya” (İspaniya)
22:00. PSJ (Fransa) – “Karpatı” (Ukrayna)
K qrupu
22:00. “Utrext” (Hollandiya) – “Liverpul” (İngiltərə)
22:00. “Styaua” (Rumıniya) – “Napoli” (İtaliya)
L qrupu
22:00. ÇSKA (Bolqarıstan) – “Porto” (Portuqaliya)
22:00. “Rapid” (Avstriya) – “Beşiktaş” (Türkiyə)
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi