UEFA Çempionlar Liqasının 2-ci turunun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan ilk oyun günündə 4 qrupda – E, F, G və H - yer alan kollektivlər ö aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Favoritlərin əksərinin qələbə qazandığı gecədə yeganı xal itkisi ilə üzləşən komanda “Milan” olub.
E qrupunda cari mövsümə səfərdə “Bavariya”ya məğlubiyyətlə başlayan “Roma” doğma meydanda ÇFR-i qəbul edib. Tərəflər ilk yarıda qol susqunluğunu poza bilməsə də, fasilədən sonra meydan sahibləri iki qol vura bilib. Klujlular yalnız təsəlli qoluna imza ata bilsə də, romalıların ilk qələbəsini qazanmasına mane ola bilməyib. Rumıniya təmsilçisinin ilk turda doğma meydanda məğlub etdiyi “Bazel” isə ÇL-in son finalçısı “Bavariya” ilə qarşılaşıb. İlk yarıda hesabda geri düşən almanlar yalnız penalti sayəsində məğlubiyyətdən yaxa qurtara bilib. Münhen klubuna qələbə gətirən qola da, dubla imza atan Şvaynştayger imza atıb.
F qrupunda günün daha tez start götürən oyununda Moskva “Spartak”ı doğma meydanda “Jilina” üzərində ikinci qələbəsini qazanıb. Rusların ilk turda səfərdə yendiyi Marsel “Olimpik”i isə “Çelsi”nin qonağı olub və gözlənildiyi kimi Londondan əliboş qayıdıb.
“Ölüm qrupu”nda (G) isə “Ayaks” “Milan”ı, “Oser” isə “Real”ı qəbul edib. İspanlar çətin səfərdən 3 xalla qayıtmağı bacarıbsa, “Milan” Hollandiyada sadəcə məğlubiyyətdən yaxa qurtarmağa nail olub.
Nəhayət H qrupunda ilk turun məğlubları - “Braqa” və “Partizan” müvafiq olaraq “Şaxtyor” və “Arsenal”ı qəbul edib. Lakin hər iki komanda üçün bu dəfəki oyunlar da uğursuz alınıb. Ukrayna təmsilçisi 3 xalı 3 qolla qazanıb. İngiltərə təmsilçisinin Serbiya səfəri isə daha dramatik alınıb. Meydan sahiblərinin ikinci hissənin əvvəlindən azlıqda mübarizə apardığı qarşılaşmada tərəflər hərəyə 1 penaltidən yararlana bilməyib.
İkinci turun digər oyunları bu gün keçiriləcək. A qrupunda yeni mövsümə xal itkisiylə başlayan ÇL-in son qalibi “İnter” ilk qələbəsini “Verder”lə ev oyununda qazanmağa çalışacaq. “Tottenhem” isə millimizin hücumçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu “Tvente”ylə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunda isə bizlər üçün daha böyük maraq doğuran bir qarşılaşma keçiriləcək. Türkiyənin qitənin ən güclü klub turnirindəki yeganə təmsilçisi olan son ölkə çempionu “Bursaspor” səfərdə “Reyncers”in qonağı olacaq. Qardaş ölkə təmsilçisi üzərində darmadağınla yeni mövsümə start verən “Valensiya” isə “Mançester Yunayted”i qonaq edəcək.
D qrupunda digər qonşu ölkə təmsilçisi – Rusiya “Rubin”inin “Barselona” ilə ev oyununda nəyə nail olacağı da maraqla gözlənilir.
Çempionlar Liqası, qrup mərhələsi
2-ci tur
28 sentyabr
E qrupu
“Roma” (İtaliya) - ÇFR (Rumıniya) – 2:1
Qollar: Mekses, 69. Boryello, 71 – Rada, 78.
“Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya) – 1:2
Qol: Frey, 18 – Şvaynştayger, 56-pen.; 89.
| 1 | "Bavariya" |
2 | 2 | 0 | 0 | 4-1 | 6 |
| 2 | "Roma" |
2 | 1 | 0 | 1 | 2-3 | 3 |
| 3 | ÇFR |
2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 4 | "Bazel" |
2 | 0 | 0 | 2 | 2-4 | 0 |
F qrupu
“Spartak” (Moskva, Rusiya) – “Jilina” (Slovakiya) – 3:0
Qollar: Ari, 34; 61. İbson, 89.
“Çelsi” (İngiltərə) – “Olimpik” (Marsel, Fransa) – 2:0
Qollar: Terri, 7. Anelka, 28-pen.
| 1 | "Çelsi" |
2 | 2 | 0 | 0 | 6-1 | 6 |
| 2 | "Spartak" |
2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 3 | "Olimpik" M |
2 | 0 | 0 | 2 | 0-3 | 0 |
| 4 | "Jilina" |
2 | 0 | 0 | 2 | 1-7 | 0 |
G qrupu
“Ayaks” (Hollandiya) – “Milan” (İtaliya) – 1:1
Qollar: Hamdaoui, 23 – İbrahimoviç, 37.
“Oser” (Fransa) – “Real” (İspaniya) – 0:1
Qol: Di Mariya, 81.
| 1 | "Real" |
2 | 2 | 0 | 0 | 3-0 | 6 |
| 2 | "Milan" |
2 | 1 | 1 | 0 | 3-1 | 4 |
| 3 | "Ayaks" |
2 | 0 | 1 | 1 | 1-3 | 1 |
| 4 | "Oser" |
2 | 0 | 0 | 2 | 0-3 | 0 |
H qrupu
“Braqa” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) – 0:3
Qol: Adriano, 56; 72. Kosta, 90-pen.
“Partizan” (Serbiya) – “Arsenal” (İngiltərə) – 1:3
Qollar: Kleo, 33-pen. – Arşavin, 15. Şamax, 71. Skilaççi, 82.
Matçın 57-ci dəqiqəsində “Arsenal”ın üzvü Arşavin, 84-cü dəqiqədə isə “Partizan”ın oyunçusu Kleo penaltidən yararlana bilməyib.
Matçın 57-ci dəqiqəsində meydan sahiblərinin üzvü Yovanoviç qırmızı vərəqə alıb.
| 1 | "Arsenal" |
2 | 2 | 0 | 0 | 9-1 | 6 |
| 2 | "Şaxtyor" |
2 | 1 | 0 | 0 | 4-0 | 6 |
| 3 | "Partizan" |
2 | 0 | 0 | 2 | 1-4 | 0 |
| 4 | "Braqa" |
2 | 0 | 0 | 2 | 0-9 | 0 |
29 sentyabr
A qrupu
23:45. “İnter” (İtaliya) – “Verder” (Almaniya)
23:45. “Tottenhem” (İngiltərə) – “Tvente” (Hollandiya)
B qrupu
23:45. “Hapoel” (Təl-Əviv, İsrail) – “Olimpik” (Lion, Fransa)
23:45. “Şalke” (Almaniya) – “Benfika” (Portuqaliya)
C qrupu
23:45. “Reyncers” (Şotlandiya) – “Bursaspor” (Türkiyə)
23:45. “Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
D qrupu
21:30. “Rubin” (Rusiya) – “Barselona” (İspaniya)
23:45. “Panatinaikos” (Yunanıstan) – “Kopenhagen” (Danimarka)
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi