Bu gün UEFA Çempionlar Liqasının 2-ci turunun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda – E, F, G və H - yer alan kollektivlər münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda cari mövsümə səfərdə “Bavariya”ya məğlubiyyətlə başlayan “Roma” doğma meydanda ÇFR-i qəbul edəcək. Rumıniya təmsilçisinin doğma meydanda məğlub etdiyi “Bazel” isə ÇL-in son finalçısı “Bavariya” ilə ev oyununda ilk qələbəsini qazanmağa çalışacaq. F qrupunda “Çelsi”nin Marsel “Olimpik”i ilə dueli daha çox maraq doğurur. “Ölüm qrupu”nda (G) isə “Ayaks” “Milan”ı, “Oser” isə “Real”ı qəbul edəcək. Nəhayət H qrupunda ilk turun məğlubları - “Braqa” və “Partizan” müvafiq olaraq “Şaxtyor” və “Arsenal”ı qəbul edəcək.
İkinci turun digər oyunları isə sabah keçiriləcək. A qrupunda yeni mövsümə xal itkisiylə başlayan ÇL-in son qalibi “İnter” ilk qələbəsini “Verder”lə ev oyununda qazanmağa çalışacaq. “Tottenhem” isə millimizin hücumçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu “Tvente”ylə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunda isə bizlər üçün daha böyük maraq doğuran bir qarşılaşma keçiriləcək. Türkiyənin qitənin ən güclü klub turnirindəki yeganə təmsilçisi olan son ölkə çempionu “Bursaspor” səfərdə “Reyncers”in qonağı olacaq. Qardaş ölkə təmsilçisi üzərində darmadağınla yeni mövsümə start verən “Valensiya” isə “Mançester Yunayted”i qonaq edəcək.
D qrupunda digər qonşu ölkə təmsilçisi – Rusiya “Rubin”inin “Barselona” ilə ev oyununda nəyə nail olacağı da maraqla gözlənilir.
Çempionlar Liqası, qrup mərhələsi
2-ci tur
28 sentyabr
E qrupu
23:45. “Roma” (İtaliya) - ÇFR (Rumıniya)
23:45. “Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya)
F qrupu
21:30. “Spartak” (Moskva, Rusiya) – “Jilina” (Slovakiya)
23:45. “Çelsi” (İngiltərə) – “Olimpik” (Marsel, Fransa)
G qrupu
23:45. “Ayaks” (Hollandiya) – “Milan” (İtaliya)
23:45. “Oser” (Fransa) – “Real” (İspaniya)
H qrupu
23:45. “Braqa” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)
23:45. “Partizan” (Serbiya) – “Arsenal” (İngiltərə)
29 sentyabr
A qrupu
23:45. “İnter” (İtaliya) – “Verder” (Almaniya)
23:45. “Tottenhem” (İngiltərə) – “Tvente” (Hollandiya)
B qrupu
23:45. “Hapoel” (Təl-Əviv, İsrail) – “Olimpik” (Lion, Fransa)
23:45. “Şalke” (Almaniya) – “Benfika” (Portuqaliya)
C qrupu
23:45. “Reyncers” (Şotlandiya) – “Bursaspor” (Türkiyə)
23:45. “Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
D qrupu
21:30. “Rubin” (Rusiya) – “Barselona” (İspaniya)
23:45. “Panatinaikos” (Yunanıstan) – “Kopenhagen” (Danimarka)
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi