Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Nepalda davam etdirəcək. 28 yaşlı hücumçu bu ölkənin “Maçxindira” klubu ilə anlaşıb. “Bakı”nın yetirməsi, ölkəmizdə “Sumqayıt”, “Səbail” və “Zirə”də çıxış etmiş futbolçu Qol.az-a müsahibəsində bu maraqlı seçimi ilə bağlı danışıb.
- Hazırda sığorta məsələsini həll edirəm. Günorta saat 2-də Nepala yola düşürəm. Komandanın adı “Maçxindira”dır deyəsən. Nepalda liderdir. Orada çempionat 2 ay sonra başa çatacaq. Yəni, 2 aylıq gedirəm. Gedib-gəlmək biletini də aldılar deyə, dedim oynayım.
- Sonra nə etmək fikrin var?
- Çempionat başa çatandan sonra təxminən 1 ay müddətində istirahət olacaq. Tanımadığım bir yerdir deyə daha uzunmüddətli müqavilə imzalamağa risk etmədim. Amma Superliqa olduğunda dedim gedim, 2 ay oynayım. Hətta, 2 ay da deyil, təxminən 1 ay 15 gündür.
- Belə başa düşdüm ki, boş qalmamaq üçün Nepala gedirsən.
- Bu məsələ də var. Estoniyadan gələndən bəri 4 aydır ki, oynamıram. Zeynal müəllim çox sağ olsun, neçə müddətdir onlarla çimərlik futbolunda məşq edirəm (çimərlik millisinin baş məşqçisi Zeynal Zeynalov nəzərdə tutulur – red.) . Yəni, transfer dönəmində deməsinlər ki, 6 ay futbolsuz qalıb.
- Ümumiyyətlə, necə oldu ki, Nepal klubu ilə anlaşdın?
- Bir menecer var. O, mən Estoniyada oynayanda oraya koreyalı futbolçu gətirmişdi. Orada tanış olmuşduq. 2 aydır mənə deyir ki, səni bura gətirim, 2 ay oyna, sonra səni başqa ölkəyə aparacam. Taylandın da adını çəkirdi. Mən də elə-belə deyirdim ki, yaxşı. Amma gördüm artıq 4 aydır oynamıram. Ona görə də anlaşdım. Əvvəlcə klub razılaşmadı. 2 aylıq oynamağa görə bilet almaq istəmirdilər. Çünki elə gedib-gəlmək bileti 1800 dollar edir. Amma sonda razılaşdılar. Mən mayın 25-i qayıdacağam.
- Bu müddətdə qazancın nə olacaq? Şərtlər ürəyincədir?
- Yalandan deyə bilmərəm ki, çox qazanacağam. Xeyr, bu iki aya görə 3000 dollar verəcəklər. Hə, əgər çempion olsaq, 2000 dollar da əlavə veriləcək. Ona görə klubla anlaşdım.
- Başqa təklifin var idi?
- Qırğızıstandan da təklif var idi. Artıq razılaşmışdım, müqavilə də imzalayacaqdım. Amma sonra dedilər ki, çox zəif liqadır. "Turan Tovuz"a da keçə bilərdim. Mənimlə danışdılar. Nəsə söyləməyə üzüm gəlmədi. Əvvəl dedim ki, yaxşı gəlib, kömək edərəm. Düşündüm ki, uşaqlara dəstək olum. Sonra fikirləşdim ki, 1-ci divizionda oynamaqdansa, futbolu atım.
- Son olaraq Estoniyanın “Narva Trans” klubunda çıxış etmisən. Bu ölkədə qala bilməzdin?
- Estoniyada da bir klubla razılaşmışdım. Dedilər ki, müqavilə imzalayaq. Amma mən ağılsızlıq etdim. Pandemiya dövründə ölkədən çıxa bilmirdik deyə 1 il idi ki, buraya gəlmirdim. Bakı üçün çox darıxmışdım. Dedim, gedim, 20 gün sonra məktub göndərin, viza alım. Göndərdilər, getdim viza üçün müraciət etdim. Amma qəbul etmədilər. Sonra peşman oldum. Dedim ki, kaş elə işimi Estoniyada həll edib, gələrdim. Ona görə də alınmadı. İndi də fikrim odur ki, yaya kimi oynayım. 6 ay komandasız qalıb deməsinlər. Ondan sonra da fikrim yenə ölkə xaricinə getməkdir.
- Xaricə can atmağın yaxşı haldır. Bəs yerli klublardan təklif almışdın?
- Bu 8 komandalı çempionatda necə oynayasan? Yaxşı ki, Estoniyada oynayanda o koreyalı menecer bizim oyunları izlədi. İndi görün haradan haraya aparır. Yəni, ölkə xaricinə çıxırsan, görürlər, hamı baxır. Amma Azərbaycanda elə şey yoxdur.
- Məgər Nepal çempionatı bizimkindən güclüdür?
- Bu barədə heç məlumatım yoxdur. İndi menecer deyir ki, gəl, burda rahat oynayacaqsan. Sonra səni başqa liqalara da aparacam. İngiliscə də danışa bilmirəm. "Google translate" ilə tərcümə edirəm (gülür).
- Əslində legioner həyatı yaşamaq istəyin yaxşıdır. Ancaq getdiyin klublarda möhkəmlənə bilmirsən. Səbəbini nədə görürsən?
- Gedirsən xarici kluba, orada 1 ildən artıq qalmağa qorxursan. Məsələn, mən Estoniyaya birinci dəfədir getmişdim. Qorxursan ki, birdən maaş verməzlər. Azərbaycan deyil ki, deyəsən, evimizin içidir. Ona görə adam qorxur. Estoniyaya gedəndən 6 ay sonra mənə 3-4 klubdan təklif gəldi. Amma Azərbaycanda belə şey görmədim. Ölkə xaricində də gərək elit liqanın klublarına transfer olunasan. Aşağı liqalar məsləhətli deyil.
Ramiq AĞAMƏMMƏDOV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu